Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Səfir: Azərbaycan Bolqarıstan üçün mühüm strateji partnyordur

Bolqarıstanın Azərbaycan və Türkmənistandakı səfiri Maya Hristova Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktorunun rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

Caspian European Club-dan Trend-ə verilən məlumata görə, görüş zamanı səfir Caspian European Club və Caspian Energy çərçivəsində informasiya əməkdaşlığının inkişafının vacibliyini qeyd edib:

“Azərbaycanla bizim aramızda dərin ənənəvi əlaqələr mövcuddur. Biz iqtisadiyyat, energetika, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığı inkişaf etdiririk”.

Xəzər regionu dövlətləri ilə əməkdaşlıq imkanlarına toxunan Maya Hristova vurğulayıb:

“Ölkələrimizin enerji sektorunda əməkdaşlığı strateji xarakter daşıyır. Bolqarıstan Azərbaycanın “Şah Dəniz” konsorsiumu ilə danışıqlarda göstərdiyi böyük dəstəkdən məmnundur. Məhz bunun sayəsində Azərbaycanın “Şah Dəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsindən etibarən 2020-ci ildən başlayaraq ildə 1 milyard kubmetr təbii qazın Bolqarıstana tədarükü ilə bağlı uzunmüddətli müqavilə imzalanıb”.

O, 2009-cu il noyabrın 13-də Sofiya şəhərində iki dövlətin energetika nazirlikləri arasında energetika sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq, bundan bir qədər əvvəl isə SOCAR ilə Bolqarıstanın energetika holdinqi, SOCAR ilə “Bulqartransqaz” arasında qarşılıqlı anlaşma memorandumlarının imzalandığını qeyd edib:

“Bolqarıstan və Azərbaycan arasındakı birgə neft və qaz işçi qrupu ökələrimizin enerji əməkdaşlığının inkişafı üçün mühüm və uğurlu vasitədir. Həmin qrupun tərəfləri qismində Bolqarıstanın Energetika Nazirliyi, Bolqarıstanın energetika holdinqi və SOCAR çıxış edir”.

M.Hristova Bolqarıstanla Türkmənistan arasında siyasi və iqtisadi əməkdaşlığın intensiv dinamikasını vurğulayıb: “2015-ci ildən 2016-cı ilədək olan dövr ərzində iki ölkə arasında mühüm dövlət səfərlərinin mübadiləsinin aparıldığı məmnunluqla qeyd edilməlidir. Bu səfərlər müntəzəm dialoqun dəstəklənməsinə və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhvəsini verib”.

Bolqarıstan qaz habının təşkilindən danışan səfir bunları vurğulayıb: “Habın təşkili zamanı qaz mənbələri çox olmalıdır. Rusiyadan, Yunanıstan interkonnektoru və bu haba birləşə biləcək digər enerji terminallarından qaz tədarükü həyata keçirilməlidir”.

İki dövlət arasında 60-dan çox ikitərəfli sənədin imzalandığını vurğulayan səfir Azərbaycanla Bolqarıstanın hökumətlərarası komissiyalarının uğurlu işini qeyd edib.

Görüşün sonunda səfir Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibə zamanı o, ikitərəfli əlaqələrin inkişaf imkanlarına, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə toxunub, enerji bazarının, turizm sektorunun və enerji əməkdaşlığının inkişaf perspektivlərindən danışıb.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930