Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

İrəvan və Tehran anlaşma ərəfəsində

İran və Ermənistan arasında qaz razılaşması yenidən masada; Rusiya qazına alternativə “yaşıl işıq” yandıran İrəvan paralel olaraq Gürcüstanın tranzit tariflərini aşağı salması üçün hərəkətə keçdi

İran və Ermənistan arasındakı qaz sövdələşməsi ilə bağlı proses yenidən canlanıb. Noyabrın 2-də Ermənistanın enerji infrostrukturu və təbii ehtiyatlar nazirinin müavini Ayka Arutyunyan Tehrana səfər edib. 
“Yeni Musavat” Ermənistan mediasına istinadən xəbər verir ki, nazir müavini səfəri çərçivəsində İranın neft və qaz ixracı milli kampaniyasının icraçı direktoru ilə görüşüb. Görüşdə İran qazının alış-satışı, Ermənistan ərazisindən üçüncü ölkəyə tranziti ilə əlaqədar məsələlər müzakirə olunub. Ermənistanın Energetika Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, danışıqlar əsnasında tərəflər təbii qazın tranziti və alqı-satqısını nəzərdə tutan yekun memorandumu paraflayıblar. “Yaxın zamanlarda sənəd imzalamaq üçün təqdim olunacaq”-rəsmi məlumatda deyilir.
Qeyd edək ki, Ermənistan İrandan alacağı böyük həcmdə təbii yanacağın idxalı və ötürülməsi məqsədilə “Enerjiimpeks” kompaniyasını yaradıb. Hazırda Ermənistan təbii qazın bir hissəsini Rusiyadan Gürcüstan ərazisi vasitəsilə alır. Ermənistanı müəyyən qədər qaz ehtiyatları ilə təmin edən müsəlman İran dövləti son anlaşmaya əsasən, işğalçı ölkəyə 20 il ərzində 36 milyard kubmetr qaz ixrac edəcək. Hətta ixracın həcminin 47 milyarda qədər artırılması da istisna edilmir. 
Heç şübhə yoxdur ki, Ermənistan qaz idxalını artırmaqla həm də Azərbaycanın işğal altındakı ərazilərini də təbii qazla təmin etməyi planlaşdırır. Bir sıra yaşayış məntəqələrinə ianələrlə də olsa, qaz xətləri çəkilib və işğalın və separatçılığın stimullaşdırılmasında çox təəssüf ki, Azərbaycanın müsəlman qonşusu da iştirak edir.
Eyni zamanda müxtəlif kombinasiyalar qurmaqla qazanmağa çalışan işğalçı Ermənistan İranla anlaşma imzalamağa hazırlaşdığı ərəfədə Tiflislə də qaz danışıqlarına başlamağa qərar verib. Ermənistan mətbuatı  xəbər verir ki, İrəvan Rusiya qazının Gürcüstandan keçən hissəsinə görə tətbiq olunan tariflərin aşağı salınması məqsədilə Tiflislə danışıqlara başlayıb. Bu xəbəri “Qazprom-Ermənistan” kampaniyası da təsdiqləyib. İranla qaz anlaşmasından sonra Ermənistan Rusiya qazına artıq “ikinci dərəcəli” məsələ kimi baxmağa başlayıb və vəziyyətdən istifadə edərək daha ucuz mavi yanacaq almağa çalışır. İndi Tiflisin İrəvana hansı cavabı verəcəyi çox maraqlıdır.
Düzdür, ən ağır dönəmlərdə Azərbaycanın hesabına donmaq təhlükəsindən xilas olan Gürcüstanın da Bakı ilə razılaşmaları “unudub” Ermənistandan ötürüləcək İran qazından pay almaq iştahı var. Gürcü rəsmilər bunu Azərbaycanın qaz ehtiyatlarının “az olması” ilə əlaqələndirməyə, əslində isə Bakıya təzyiq edib daha ucuz qiymətə qaz almağa çalışırlar. Hətta bu il ərzində Tiflisdən bir neçə dəfə bənzər açıqlamalar gəlib və rəsmən etiraf olunub ki, Tehran və Tiflis 200 milyon İran qazının Gürcüstana ixracına dair danışıqlar aparır. Hələlik Ermənistanın az tutumlu kəmərləri iri qaz anlaşmasını mümkünsüz edir.
Üstəlik, İran-Ermənistan qaz kəmərinin İran hissəsinin diametri Ermənistan hissəsinin diametrindən iki dəfə böyükdür. Bu isə İrəvanın arzuları il tərs mütənasibdir. Rəsmi mövqe belədir ki, İran-Ermənistan qaz kəməri tikiləndə Ermənistan ərazisində daha iri diametrli kəmərin çəkilməsi üçün vəsait olmadığından belə bir vəziyyət yaranıb. 
Vaxtilə normal ölçülü kəmər çəkmək üçün vəsait tapa bilməyən Ermənistanın indiki ac-yalavac dövrdə bu vəsaiti haradan tapacağı isə sual doğurur. Qeyd edək ki, 2007-ci ildə istifadəyə verilən kiçik diametrli İran-Ermənistan qaz kəməri ildə 2,5 milyard kubmetr qaz ötürməyə imkan verir. Bununla belə, Ermənistan daha az qaz alır və əvəzində İrana hər il 3,3 milyard kilovat/saat elektrik enerjisi ötürür.
Ancaq qəribədir ki, beynəlxalq layihələrdən kənarda qalan işğalçı ölkə bəzən İran qazının Rusiya vasitəsilə hətta Avropaya ötürüləcəyi barədə də xam xəyallara düşür. Rusiyanın sanksiyalarla üz-üzə qaldığı və maliyyə problemləri ilə üzləşdiyi dövrdə isə bu, real görünmür. Mümkündür ki, İrəvan Rusiyanın Ermənistan-İran qaz anlaşmasına sərt təpki verəcəyindən ehtiyatlandığı üçün belə məlumatları dövriyyəyə buraxır və Kremli zərərsizləşdirmək istəyir.
 
İrəvan İran qazının Gürcüstan vasitəsilə Rusiyanın Abxaziya vilayətinə qədər nəql oluna biləcəyindən də dəm vurur. Amma bütün bunlar arzu olaraq da ermənilərin ürəyində qala bilər. Yeri gəlmişkən, İran-Ermənistan qaz danışıqlarında az sonra aprel döyüşləri baş verdi ki, Rusiya həmin döyüşləri bir neçə gün ərzində sakitcə müşahidə etməklə Ermənistanı şoka saldı.  Məhz bundan sonra İrəvanda “Rədd olsun Rusiya” tipli şüarlarla aksiyalar başladı. Son zamanlar Rusiyanın bir sıra dairələrində Kremlin İrəvanla soyuyan münasibətlərindən bəhs olunur. Eyni zamanda Rusiya-Azərbaycan əlaqələrində dinamika müşahidə edilməkdədir. Odur ki, İran-Ermənistan qaz anlaşmasının tətiklənməsi Rusiyaya qarşı cavab tədbiri də ola bilər. Ona görə də mümkündür ki, Ermənistan növbəti dəfə Rusiyanın tərs şapalağına tuş gəlsin…
Elşad PAŞASOY
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930