Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Kəlbəcər girovları ilə bağlı həyəcanlı xəbərlər

Son məktubdakı “Dilqəm Əsgərovu başqa yerə aparıblar” xəbəri ailə üzvlərini narahat edib; onları necə xilas etməli?

2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyatı təhlükədədır. 
Bu səbəbdən girovların ailə üzvləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin önünə toplaşıb yardım istəyiblər. Ermənistan hərbçiləri tərəfindən girov götürülən azərbaycanlı girovlardan biri Şahbaz Quliyevin sonuncu dəfə yazdığı məktub bacısına verilib.
Bu barədə cebhe.info-ya Ş.Quliyevin qardaşı Manaf Quliyev məlumat verib. “Məktubun əvvəlki cümlələri heç də digərlərindən fərqlənmir. O, səhhətinin yaxşı olduğunu, ancaq anamdan  nigaran olduğunu yazıb”,- deyə M.Quliyev bildirib. Girovluqda olan soydaşımız məktubda Dilqəm Əsəgrovdan də söz açaraq onun səhhətinin ağır olduğunu bildirib: “Artıq Dilqəmi başqa yerə aparıblar. Onun vəziyyətı yaxşı deyildi, son günlər halı daha da pisləşmişdi. İndi onu başqa yerə aparıblar ondan xəbər tuta bilmirəm”,- deyə Şahbaz Quliyev yazıb.
Artıq iki ildən çoxdur ki, erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov çarəsiz durumdadır. Bu haqda modern.az-a danışan girovun oğlu rəsmi qurumların məsələyə laqeydliyindən narazılığını ifadə edib: “Uzun müddətdir ki, atamdan nə normal xəbər alıram, nə də hansısa qurumun normal iş həyata keçirdiyini görürəm. Ayda bir dəfə məktub gəlir, onu da kimin yazdığını bilmirəm artıq. Bu belə davam edə bilməz”.
 
K.Əsgərov sonunda ölüm olsa da, atasını görməyə gedəcəyini deyir: “Əgər bacarmırlarsa, mən özüm atamın arxasınca gedəcəm. Ermənilərdən də qorxmuram. Sadəcə, bizimkilər imkan versin ki, mən ora gedə bilim. Tək Kəlbəcərdən yox, Qarabağdan-Ağdam, Qubadlı, Zəngilan, Laçın rayonlarının hərəsindən 2-3 könüllü olsa, yığışıb Kəlbəcərə gedəcəm. Sonunda ölüm varsa belə, atama qovuşmaq istəyirəm”.
Qeyd edək ki, işğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub.  “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadliqdan məhrum edilib. Onlarla birlikdə olan Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. Onun sözlərindən belə aydın olur ki, saxlanılan şəxs ailəsinə yazdığı məktubda digər saxlanılan şəxs barədə məlumat verə bilməz: “”Qırmızı Xaç məktubları” ailə məktublarıdır. Bunu yazan ailəsinə yazır və yalnız özü haqqında yaza bilər. Qırmızı Xaç Komitəsinin məktublarında başqa heç bir məlumat yazıla bilməz. Yalnız bunu deyirəm ki, Dağlıq Qarabağda saxlanılan şəxslərə məktublarında yalnız özləri barədə məlumat yazmağa icazə verilir. “Qırmızı Xaç məktubu”nun mənası budur”.
Komitə rəsmisi qeyd edib ki, bu məktub açıq məktubdur:
“Məktub ondan ötrüdür ki, yaxını saxlanılan şəxs barədə məlumat alsın, ya da əmin olsun ki, məktub onun əli ilə yazılıb. Əsas məqsəd həmin şəxslə ailəsi arasında əlaqələrin saxlanılmasıdır. ”Qırmızı Xaç məktubları”nın mənası budur. Ona görə də həmin məktubda ancaq və ancaq ailə məlumatı olur və qeyrisi barədə məlumatın yer almasına icazə verilmir”.
“Sentyabr ayından atamdan xəbər tuta bilmirəm. Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri  sentyabrda yalandan bir məktub gətirdilər ki, atamla görüşüblər. Amma məktub rus dilində idi. Bu sözlər yazılmışdı: ”Calam ə tvoe pisla poliçil visem pirvet”. Mən bu məktubu atamın yazdığına inanmadım. Qırmızı Xaçın nümayəndələri də təsdiq etdilər ki, əsl məktubu sizə verə bilmərik”. Bu sözləri turkustan.info saytına açıqlamasında Ermənistanın girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, bu məktubdan bir ay sonra Şahbaz Quliyevdən məktub gəlib ki, “Dilqəmin vəziyyəti yaxşı deyildi, apardılar başqa yerə. Xəbər tuta bilmirəm”. D.Əsgərovun oğlu məsələni araşdırmaq üçün oktyabrın 31-də Qırmızı Xaç Cəmiyyətinin Bakı ofisinə gedib: “Soruşdum ki, bu nə məsələdir, atama nə olub, hara aparıblar, vəziyyəti necədir? Amma təəssüf ki, heç bir məlumat vermədilər”.
Qeyd edək ki, sosial şəbəkələrdə erməni separatçılarına əsir düşən azərbaycanlıların 1994-cü ildə çəkilmiş görüntüləri yayılıb. Videokadrları facebookda “Karabakh War Pictures” səhifəsi paylaşıb. Səhifə görüntülərin üzərində bu sözləri yazıb: “Qarabağda ermənilər tərəfindən girov götürülən azərbaycanlı savaş əsirləri ilə ”xoş rəftar”…”
Bəzi ekspertlər hesab edir ki, Azərbaycanın işğaldakı torpaqlarını azad etmək ixtiyarı olduğu kimi, girovları xilas etmək üçün də antiterror əməliyyatları keçirə bilər.
Bu barədə fərqli arqumentləri olan politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bunları söyləyib: “Dilqəm Əsgərovun və Şahbaz Quliyevin antiterror əməliyyatı keçirilməsi ilə azad olunması məsələsi uzun çəkən və bu gün mümkünsüz olan məsələdir. İlk öncə həmin əməliyyat nəticəsində ərazilərimizdə məskunlaşmış işğalçı terroristləri qovmaq olar, bu müddət ərzində isə onlar əsir və girovlar haqqında hər cür xoşağəlməz qərarlar qəbul edə bilərlər. Belə əməliyyatlar əsasən xüsusi təyinatlı dəstələr tərəfindən məhz kəşfiyyat, əməliyyat-axtarış və digər tədbirlər nəticəsində aparılır.
Bu isə böyük risk və vacib hazırlıq tələb edir. Konkret Dilqəm Əsgərovla bağlı məsələ isə bu gün beynəlxalq humanitar təşkilatların məhz erməni rəhbərliyinə qətiyyətli təzyiqi ilə mümkündür. Çünki hətta müharibə qanunlarına görə də səhhətinin ağır olması bunu gündəmə gətirə bilər. Bundan başqa, ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu məsələni qaldıra bilərlər”.
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930