Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Şuranın dəstəyilə “İnsan alverinə qarşı mübarizənin forma və metodları” müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İB-nin icra etdiyi “İnsan alverinin potensial qurbanlarının maarifləndirilməsi və onlara sosial xidmətlərin təşkili, insan alverinin qurbanlarının sosial reablitasıyasına yardım göstərilməsi” layihəsi çərçivəsində “İnsan alverinə qarşı mübarizənin forma və metodları” mövzusunda ictimai müzakirə keçirilib.
yknews.az-ın məlumatına görə, ictimai müzakirədə Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, Kütləvi İnformasiya Vasitələrinin təmsilçiləri, insan alveri sahəsində ixtisaslaşmış jurnalistlər, hüquqşünaslar, insan hüquqları müdafiəçiləri və dövlət qurumlarının nümayəndələri iştirak edirdi. 
 
İctimai müzakirəni açıq elan edən təşkilatın rəhbəri Zenfira Mustafayeva iştirakçılara layihə, layihənin icrasının gedişatı barədə geniş məlumat verib. Layihənin məqsədinə nail olmaq üçün təşkil edilən tədbirlər və həmin tədbirlərin effektliyi, qarşıya çıxan problemlər haqqında geniş danışıb.
 
Layihə çərçivəsində onlarla şəxsə pulsuz hüquqi, psixoloji və sosial işçi xidmətinin göstərildiyi, geniş miqyaslı maarifləndirmə kampaniyasının aparıldığını vurğulayıb. Təşkilat rəhbəri öz çıxışında bildirib ki, layihənin icrası zamanı insan alverinə qarşı mübarizənin forma və metodları barədə əhalidə, həmçinin sosial aktiv qruplarda bilik və bacarıqların lazımı səviyyədə olmadığı müəyyən edilib. Hazırkı tədbirin də məqsədi bu çatışmamazlığı qismən aradan qaldırılmasına yönəlib.    
 
Daha sonra hüquqşünas Ruslan Mustafazadə insan alverinə dair qanunvericilik toplusundan, insan alveri qurbanları və potensial qurbanlar barədə, məcburi əmək, uşaq əməyi və onlara qarşı mübarizə vasitələri mövzusunda geniş çıxış edib.
 
Müzakirələr zamanı həmçinin KİV nümayəndələri çıxış edərək Kütləvi İnformasiya Vasitələrinin də insan alveri ilə mübarizə sahəsində önəmli yer tutduqlarını vurğulayıblar. Bu sahədə olan fəaliyyətləri və təcrübələri barədə faktları iştirakçılarla bölüşüblər.
 
İctimai müzakirədə digər iştirakçılar bu mövzuda öz fikir və düşüncələri ilə çıxış ediblər. Müzakirələrdən sonra “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İB-nin layihə çərçivəsində “məcburi əmək” mövzusunda çəkdirdiyi sosial çarx və qısametrajlı filmlər nümayiş olunub.
Müzakirənin sonunda iştirakçılara mövzuya uyğun olaraq materiallar, buklet və broşuralar paylanıb.
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930