Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Erməni işğalı altında olan Qarabağa turlar təşkil edən rus şirkəti haqqında-ARAŞDIRMA

Erməni işğalı altındakı Dağlıq Qarabağ, qondarma “respublika”, qaydaları pozan şirkətlər və şəxslər

Hər il bir neçə dəfə Azərbaycanın icazəsi olmadan bir neçə şirkət və şəxslər Dağlıq Qarabağda iş qurur, ora səfərlər edir. Buna cavab olaraq isə Azərbaycanın Xarici İşlər Nazirliyi nota verir, həmin şəxsi “qara siyahıya” salıb Azərbaycana gəlişinə qadağa qoyur.

Son günlərin qalmaqallı məsələsi gürcü müğənni Soso Pavliaşvilinin Azərbaycana səfəri ətrafında oldu. Bu barədə çox yazmaq istəmirəm, hər kəs hər şeyi bilir. İndiki məsələ isə tamam fərqli bir şeydir.

Əldə etdiyimiz məlumata görə, Rusiyanın “Turbina” adlı şirkəti Bakıda ofis açmaq istəyir. Deyəcəksiniz burada nə var ki? O var ki, şirkətin saytına daxil olanda məlum oldu ki, turizm fəaliyyəti də göstərən şirkət Dağlıq Qarabağa turlar təşkil edir. Şirkətin saytında Dağlıq Qarabağ “respublika” kimi təqdim edilir və saytda ərazi haqqında reportajlar yer alır. Saytda yayımlanan reportajda müəllif Dağlıq Qarabağa səfərindən bəhs edir. Bu ölkə qonaqpərvərliyi və gözəlliyi ilə onu riqqətə gətirib. Müəllif yazıda Qarabağ ermənilərini tərifləyir, qorxmaz, vuruşqan və cəsur kimi təqdim edir.

Yazının içində isə Qarabağın gözəllikləri sıralanır, göyqurşağının rəngləri ilə müqayisə edilərək hər rəngə bir rəmz tərənnüm edilir. Eyni zamanda yazıda Qarabağdakı kilsələr gözə soxulur, alban kilsələri qədim erməni məbədləri kimi təqdim edilir.

Müəllif müharibə illərində hər erməninin payına yüz azərbaycanlı düşdüyünü, amma qələbəni ermənilərin qazandığını yazır. Yazıda Qarabağın təbiəti, meyvələri təriflənir, erməni xalqının qonaqpərvərliyi ön plana çıxarılır, gedən yenidənqurma işləri barədə məlumat verilir.

Şirkətin qərəzli mövqeyini gördükdən sonra araşdırmaya başladıq.

Ölkə.Az Turbina şirkəti və Dağlıq Qarabağdakı fəaliyyəti barədə araşdırmanı sizə təqdim edir:

Adı: “Turbina” MMC
Qeydiyyat N-si: 1145047004772
VÖEN: 5047154478
Yaranma tarixi: 05.05.2014
Ünvan: Moskva vilayəti, Ximki ş., Molodyojnaya küç., 2A, ofis 6

Baş direktor: Seryakova Yelena Pavlovna, 36.25% pay sahibi
Digər təsisçilər:
Deryabin Pavel Petroviç, 7,5% pay sahibi
Donsov Nikolay Aleksandroviç, 36.25% pay sahibi
Kabanov Maksim Vladimiroviç, 20% pay sahibi

Əsas fəaliyyət növü: Turizm agentlikləri

Digər fəaliyyət növləri: Zinət əşyalarının alqı-satqısı, dəftərxana mallarının alqı-satqısı, tikinti, faydalı qazıntıların emalı üçün avadanlıqların satışı, sənaye və ümumi istifadə üçün nəzərdə tutulan avadanlıqların topdan satışı, yanacaq məhsullarının satışı, külçə və metalların topdan satışı, əlvan metallarının topdan satışı, taxta emalı, kimyəvi maddələrin satışı, audio/video/məişət avadanlıqlarının topdan satışı, ictimai iaşə xidmətləri, proqram təminatları, maliyyə vasitəçiliyi (!?), təmizlik işləri, biznes üzrə məsləhət xidmətləri.

Şirkətin qeydiyyatı və fəaliyyət növləri barədə PDF yükləmə linki:

https://cloud.mail.ru/public/GrnA/YxcPkuqvX

Şirkətin fəaliyyət növləri arasında ən diqqət çəkən məqam “maliyyə vasitəçiliyidir”. Şirkətlə bağlı araşdırma aparan zaman məlum oldu ki, şirkət həm də çirkli pulların yuyulmasında, qeyri-qanuni yolla pul daşınmasında da xidmət göstərir.

Şirkətin Dağlıq Qarabağı “müstəqil respublika” kimi təqdim etməsindən sonra “e-mail”lərinə məktub ünvanladıq. Həmin məktubu sizə təqdim edirik:

Şirkətə yazdığımız məktub:

“Turbina.ru saytında göstərilir ki, RF qanunvericiliyinə zidd olan elanlar qadağandır. Ona istinadən müraciət etdik ki, Dağlıq Qarabağ “respublikası” Azərbaycanın ərazisidir və Rusiya XİN-i dəfələrlə bunu sənədli şəkildə qeyd etmişdir. Həmçinin, oraya icazəsiz gedən xarici vətəndaşlar Azərbaycan Respublikasının “qara siyahısına” düşərək, ölkəmizə gəlməkdə çətinlik çəkirlər”.

Turbina.ru saytından götürülmüş screendə də görünür ki, şirkət Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib.

Şirkətin məktubumuza cavabı isə belədir:

“Sayt siyasi məqsədlərdən uzaqdır və yalnız məlumat xarakterli elanlar paylaşır. Azərbaycan dövləti haqlıdır və saytda “Dağlıq Qarabağ” bölməsində “tanınmamış dövlət” (“Непризнанное государство”) kəlməsi əlavə olunacaqdır. Lakin Dağlıq Qarabağ hər-hansı dövlətin çərçivəsindən asılı olmayaraq ziyarət oluna bilər. Təşəkkür edirik”.

Şirkətin cavabından dərhal sonra Turbina.ru saytında Dağlıq Qarabağ “tanınmamış respublika” kimi təqdim edildi.

Görünür, onlar bilmirlər ki, Qarabağa girmək üçün erməni və ya xarici vətəndaş Ermənistanın rəsmi orqanlarından icazə alır və hətta nəqliyyat vasitəsinin nömrəsinə və modelinə qədər onlara verilən buraxılışın üzərində qeyd olunur.

O ki, qaldı “çərçivə” məsələsinə, Qarabağa ya Azərbaycanın, ya Ermənistanın, ya da Araz çayını üzərək İranın ərazisindən keçmək mümkündür. Belə başa düşülür ki, şirkətə coğrafiya və dünyanın siyasi xəritəsi barədə kurs keçmək lazımdır.

Rusiya Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığı halda, rus şirkətinin bu cür addım atması iki dövlət arasında son zamanlar daha da yaxınlaşan münasibətlərə ziyan vura bilər.

Maraqlısı ondadır ki, bu şirkət haqqında Azərbaycan Xarici İşlər Nazirliyi hələ də bir tədbir görməyib.

Səxavət Məmməd
Ölkə.Az

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930