Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Putin Ermənistana desant çıxarır: İrəvanda “Azərbaycan ssenarisi”

“Rusiya Ermənistanda öz yanaşmasını dəyişir. Moskva bundan sonra proqressiv, intellektual və Rusiyaya loyal olan insanlarla işləyəcək. Bura Rusiyadakı erməni milyarderlər də daxil ola bilər”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Vadim Dubnov deyib.

Onun sözlərinə görə, Karen Karapetyanın baş nazir təyin olunması Rusiyanın istəyinin əyani sürətidir.

Qeyd edək ki, Rusiyada yaşayan erməni milyarder Ruben Vardanyan Ermənistanda dövlət idarəçiliyini tənqid edib və hazırki modelin dəyişmək zamanı olduğunu vurğulayıb. O, həmçinin, siyasi elitanın yenilənməsi fikrini də irəli sürür. Erməni milyarderin bu çıxışından sonra Rusiyanın Ermənistan üçün də “Milyarderlər ittifaqı” ssenarisi tətbiq etməyə başladığı haqda fikirləri ortaya çıxartdı. Hansı ki, 2013-cü il prezident seçkiləri ərəfəsində Rusiyadakı azərbaycanlı milyarderlərin “Milyarderlər ittifaqı” adı altında birləşərək, siyasi həyata atılmaq cəhdlərinin olması unudulmayıb. Lakin onlar Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi münasibətlərinin səviyyəsini nəzərə ala bilməmişdi. Ekspertlər isə Azərbaycandan fərqli olaraq, Ermənistanda “Milyarderlər ittifaqı” layihəsinin birbaşa Putinin istəyi altında həyata keçirildiyini hesab edirlər. Məhz “Qazprom”un işçisi Karen Karapetyanın Ermənistana baş nazir təyin olunması bunu təsdiq edir.

V. Dubnov qeyd edib ki, Karen Karapetyan Ermənistanda Moskvanın adından çıxış edir və bununla Rusiya öz planlarını həyata keçirir.

“Əlbəttə, bu oyunlar həmişə var idi və Moskva həmişə Ermənistanın daxili proseslərində təmsil olunurdu. Lakin son siyasi proseslər göstərdi ki, Moskva bir qədər yayınıb. Rusiya Ermənistanda əsasən Qarabağ məsələsinə və xarici siyasətə nəzarəti əldə saxlamağa çalışırdı. Digər siyasi proseslər onu o qədər də maraqlandırmırdı. İndi isə Moskva daha çox maraq göstərir və kənar müşahidəçi olmaq istəyir. Yəni, Ermənistanın idarəçiliyində Moskva erməniləri təmsil olunurlar və nəzarət Rusiyanın əlində olur. Karen Karapetyan faktiki olaraq, Moskva ermənisidir. Moskva Ermənistanı son zamanlar öz orbitində saxlamağa daha çox enerji sərf edir. Hesab etmək olar ki, Rusiya Ermənistana “Moskva erməniləri”ndən ibarət desant çıxaracaq və öz təsirini gücləndirəcək. Bu prosesdə Moskvadakı erməni biznesmenlər də iştirak edəcək”, – deyə o vurğulayıb.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Oktyabr 2016
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31