Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Tiflis tatarları (azərbaycanlılar) 1905-ci ilin soyuq qışında fəlakətlə üz-üzə tək qalmışdılar

1905-ci ildə erməni təxribatı Tiflisdə də öz nəticəsini verdi. Ermənilərin şəhərin tatarlar (azərbaycanlılar-red.) yaşayan məhəllələrində törətdikləri qətllərə və yanğınlara görə azərbaycanlıların qisas alacaqlarından qorxan rus hakimiyyəti artilleriya da daxil olmaqla, şəhərə qoşun çəkdi. Lakin erməni təhrikçiləri yanıldılar – qanuna tabe olan müsəlmanlar ermənilərin onlar üçün hazırladıqları tələyə düşmədilər. Əks təqdirdə Gürcüstandakı tatar əhalisi elə qırıla bilərdi ki, bununla müqayisədə Sankt-Peterburqdakı Saray meydanında 1905-ci ilin 9 yanvarında törədilən qırğın uşaq əyləncəsinə bənzəyərdi. Öz qohum-əqrabalarından xəbər tutmaq məqsədilə şəhərə keçmək istəyən silahsız tatarların topların birbaşa hədəfinə çevrilmələrini, şrapnellərin partlamaları nəticəsində odlu qəlpə yağışının insanları parçalamasını, qan gölünü, bağırtıları, ölənləri və Daşnaksütyunun, eləcə də digər erməni ekstremist təşkilatlarının nümayəndələrinin razılıqla əllərini bir-birinə sürtmələrini təsəvvür edirəm. Amma bu, baş vermədi.

 Yayılan şayiələrə (maraqlıdır, bu çirkin şayiələri kim yayırdı-müəllif) görə, şəhərə silahlı tatar kütlələrinin daxil olmasını önləmək üçün axşamdan şəhərdə süvari hissələri yerləşdirilib və müvafiq yerlərdə toplar qoyulub. Şəhərdə bir neçə gün əvvəl müxtəlif siyasi partiyaların silahlı təşkilatlarının ələ keçirdiyi əsas mövqelər istisnasız olaraq hərbi qoşun hissələri tərəfindən tutulub. (“Qafqaz”, 01.12.1905) İlk baxışdan cəlbedici səslənir. Amma daha dərindən baxaq. Deməli, erməni quldur dəstələri tatarları doğrayanda və yandıranda hakimiyyət şəhərin azərbaycanlı müsəlman əhalisini taleyin ümidinə buraxaraq qaçmış,  müsəlman kişilərini öz həyatlarını və ailələrinin ləyaqətini qorumaq üçün erməni talançıları ilə üz-üzə qoymuşdu. İndi isə çoxlu qan və yeri doldurulması mümkün olmayan itkilər bahasına azərbaycanlılar təşkilatlanaraq silahlı dəstələr yaradarkən, hakimiyyət qəfildən öz öhdəliklərini xatırlayıb və müsəlman birləşmələrini tərk-silah etmək mümkün olmasa da, heç olmasa, tutduqları mövqedən sıxışdırıb çıxarmağa tələsir. Hərbçilər yanğınlar zamanı soyğunçuluqla məşğul olan insanları güllələmək əmri alıblar. (yenə orada) Heç olmasa bu, təsəllivericidir, çünki bu murdar əməllə əsasən erməni soyğunçuları məşğul olurdular.

Və yenidən müsəlmanlar heyrətamiz tərzdə qanuna tabeçilik nümayiş etdirərək dəfələrlə onların etimadını doğurmayan hakimiyyətə tabe oldular. Müxtəlif kəndlərdən gələn silahlı tatarlar (öz doğmalarını və qohumlarını müdafiə etməyə gələn azərbaycanlı dəstələri-müəll.) noyabrın 29-dan qruplarla öz kəndlərinə qayıdıblar. Həmin gün Tiflisdən 300 silahlı tatar çıxıb. Tatarlar Tiflisdən dünən də çıxıblar. (yenə orada) Əgər tatarlar ermənilərin və erməni yönümlü müəlliflərin qələmə verdiyi kimi qaniçən idilərsə, 300-dən artıq döyüşçü hətta qoşuna da məhəl qoymadan şəhərdə elə bir qırğın törədə bilərdi ki, heç kimin heç vaxt Tiflisi ermənilərin 1918-ci ildə Gürcüstana soxulduqda söylədikləri kimi “erməni şəhəri” adlandırmağa dili dönməzdi.

Tiflisdəki 1905-ci il inqilabı adlandırılan hadisələrin əslində erməni ekstremistləri tərəfindən təhrik olunan antiazərbaycan  qarışıqlığı olduğunu ən azı bir fakt təsdiq edir. Ehtiraslar azacıq səngiyən kimi, hakimiyyət siyasi islahatlarla məşğul olmaq əvəzinə, barışdırıcı erməni-azərbaycanlı komissiyası yaratdı. Yaxından nəzər saldıqda bu nəticəni 1905-ci ildə bütün Zaqafqaziyada baş vermiş hadisələrə aid etmək olar. Beləliklə, Rusiya imperiyası üçün strateji cəhətdən əhəmiyyətli, demək olar ki, cəbhəyanı ərazidə, ölkənin mərkəzindəki regionda  inqilab vaxtı,  rus müstəmləkəçilərinin Kiçik Asiyanın bütün bucaqlarından və guya qarışıqlıqların qarşısını almaq üçün toplayıb gətirdikləri ermənilər qarışıqlıq yaradıblar. Bu nəticə bugünkü yerli və mərkəzi rus hakimiyyəti üçün də aktualdır.

Dünən, noyabrın 30-da  şəhər idarəsinin binasında erməni və müsəlman cəmiyyətlərinin nümayəndələri barışdırıcı komissiya təşkil etmək qərarına gəldilər. Komissiyaya düşmənçilik edən tərəflər arasında mehriban qonşuluq əlaqələrinin müəyyənləşdirilməsi üçün müddəaların hazırlanması tapşırılacaq. (yenə orada)

 Hakimiyyətin səylərinə və müsəlmanların dəyişməz loyallıqlarına rəğmən, erməni təxribatları kiçik miqyasda olsa da davam edirdi. Polisin məlumatına görə, noyabrın 29-da, gündüz saat 12-da vağzaldan Korqanov konkasında gedən 10 nəfər tatara Nekrasov küçəsindəki dayanacaqda bir dəstə erməni hücum çəkib və onlara atəş açıblar. Nəticədə tatarlar müxtəlif tərəflərə qaçıblar, soyadları müəyyənləşdirilməmiş iki tatar isə öldürülüb – biri Nikolayev meydanında, digəri isə  Yolayrıcı küçəsində öldürülüb və Didxev enişindən Kürə atılıblar. Üçüncüsü, sağ çiynindən və əlindən yaralanmış İran təbəəsi olan Nağı Sadıq oğlu isə özü Kürə tullanıb və dəyirmandan bir qədər aşağıda, 8-ci sahə ərazisində hansısa molokanlar tərəfindən çıxarılıb və Mixaylov xəstəxanasına çatdırılıb. (yenə orada) Hörmətli oxucular, bu sizə heç nəyi xatırlamır? Düzdür, ermənilərin Bakıdakı insan ovu, Ağarza Babayevin Bakıda vəhşliklə qətlə yetirilməsinə bənzər hadisələr indi Tiflisdə davam edirdi. Sırf milli və konfessional əlamətlərinə görə insanlar təqib edilirdi. Və burada söhbət naməlum erməni terrorçularından deyil, başqa millətlərə, ilk növbədə isə azərbaycanlılara nifrət zəhəri ilə hopdurulmuş erməni cəmiyyətindən gedir.

Həmin vaxtdan yüz il keçib, amma heç nə dəyişməyib. Ermənilər bunu Qarabağda da, azərbaycanlı əhalinin Ermənistandan son qovulmasında da təkrar edirdilər.

Dünən dekabrın 1-də şəhər dumasının iclas zalında müsəlman və erməni nümayəndələri müsəlmanlar tərəfindən işlənmiş sülh şərtlərini müzakirə etmək üçün iclas keçirdilər. (“Qafqaz” qəzeti, 02.12.1905). Və yenidən görürük ki, əgər 1905-ci ildə Zaqafqaziyada sosial münaqişə baş vermişdisə də, əsas məsələ o deyildi. Əsas qarşıdurma ermənilərin təhrik etdikləri erməni-azərbaycanlı toqquşmaları ilə müəyyənləşirdi. Ermənilərin bu hadisələrdə təhrikçi olmaları həm də müsəlmanların sülh şərti hazırlamağa cəhd göstərməsi və erməni tərəfini praktikada onu reallaşdırmağa məcbur etmək istəyi ilə təsdiqlənir. Təcavüzkar və təxribatçıya sülh lazım deyil, yalnız müdafiə olunan tərəf zorakılığı dayandırmağa çalışır.

Bu isə millətlərarası münaqişədən kimin daha çox ziyan çəkməsinə dair daha bir təsdiq. Məlumat həm də onunla qiymətlidir ki, bunu rus qəzeti verir. 29 noyabrda, şəhərin tatarlar yaşayan hissəsində başlayan yanğınlar nəhayət, tamamilə söndürülüb. Şəhərin bu hissəsi daha çox ehtiyac içərisindədir. Daha çox uşaqlar aclıqdan və soyuqdan əzab çəkirlər. (yenə orada) Əsasən ağacdan düzəldilmiş evlərin olduğu ərazidə üç gün davam edən yanğın nəticəsində  bütöv məhəllələr yanıb külə dönmüşdü. İndinin özündə noyabr Tiflisdə isti ay deyil ki, ulduzların altında gecələyəsən. Qlobal istiləşmənin başlamadığı 1905-ci ildə isə gecələr şaxta da olurdu. Hətta böyüklərin də bu soyuqda xəstələnə və ölə biləcəyini düşünsək, uşaqların sərt qış gecələrində açıq səma altında necə yaşadıqlarını düşünmək ağlasığmazdır. Uzun müddət sonra, 7 dekabr 1988-ci il Spitak zəlzələsindən sonra ermənilər təxminən belə vəziyyətə düşəndə, onlara bütün dünya kömək edir və acıyırdı. Tiflis tatarları isə 1905-ci ilin soyuq qışında fəlakətlə üz-üzə tək qalmışdılar və bunu onlara təbiət deyil, millətçiliklə zəhələnmiş erməni ordalarının bədxah irədəsi törətmişdi. Şəhər idarəsi həkim-qadın A.İ.Şerbinina vasitəsilə ehtiyacı olan müsəlmanlara 25 rubl göndərib. (yenə orada) Amma bu dəryada damla idi.

 Mixaylov xəstəxanasında dünən dekabrın 1-də erməni-tatar atışmasında ölənlərin 27 meyiti vardı. Onlardan ikisi ermənilərə, qalan 25-i isə müsəlmanlara aiddir. (yenə orada) Necə deyərlər, rəqəmlər ən yaxşı dəlildir. İtkilərin bu nisbətində tərəfgir imperiya qəzeti baş verənləri qırğın kimi dəyərləndirməyə dili dönmədi – sadəcə olaraq “atışma” kimi sürüşkən sözlə məhdudlaşdılar. Əks təqdirdə Tiflisdə ermənilərin tatarlara qarşı törətdikləri qırğının baş verdiyini etiraf etmiş olardılar. Erməni quldur dəstələri müstəqil Gürcüstanın gələcək paytaxtında elə özbaşınalıq yaratmışdılar ki, xəstəxana həmin 25 cəsədi dəfn etmək iqtidarında deyildi, çünki heç kəs onları tatar qəbiristanlığına aparmağa cürət etmirdi. (yenə orada). Bu həm də İslamın vəfat edənləri qüruba kimi dəfn etmək lazımdır sərt tələbi fonunda baş verirdi. Həlak olanların doğmaları onlar qarşısında son borclarını yerinə yetirməyə qorxurdular. Hadisələrin dolaşıq izahı onu göstərir ki, imperiya qəzeti ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin heç yüzdə birini də çatdırmır.

İnqvar Ryurikson

http://kavkaztimes.com

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Oktyabr 2016
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31