Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Putinin müşaviri Ermənistanı hədələdi: “Günün birində…”

İşğalçı ölkəyə şimaldan müharibə və sanksiya xəbərdarlığı; İşğalçı tərəf ipə-sapa yatmasa, ona qarşı Rusiya və Qərb sanksiyaları işə düşə, “aprel” təkrarlana bilər; rusiyalı ekspert: “Tarixdə Dağlıq Qarabağ heç vaxt Ermənistana məxsus olmayıb”; “Azərbaycan böyük qonşusunun köməyi ilə əraziləri diplomatik yolla qaytarmağa nail olacaq…”

İlsonu Qarabağ məsələsi ilə bağlı müəyyən diplomatik hərəkətlilik və bəzi maraqlı gəlişmələr diqqət çəkir. Xüsusən də Azərbaycan prezidenti İlham Əliyevin Rusiya KİV-lərinə son müsahibəsində konfliktin həllinə yönəlik optimal variant təklif eləməsi, faktiki, “Yol xəritəsi” irəli sürməsi, ardınca da bölgəyə səfər edən ATƏT-in Minsk Qrupu həmsədrlərindən amerikalı vasitəçi Ceyms Uorlikin bu təklifi təqdir etməsi müəyyən kövrək ümidlər yaradıb.
Bəs bu ümidlərin reallığa çevrilməsi mümkündürmü, növbəti ildə münaqişənin həlli yönündə ciddi tərpəniş gözləməyə əsas varmı? Sülh danışıqlarının perspektivi ilə bağlı son durumu rusiyalı ekspertlər şərh edir.
***
Tanınmış politoloq, Rusiya prezidenti yanında İctimai Palatanın üzvü, Vladimir Putinin etibarlı şəxslərindən olan Sergey Markova görə, hələ apreldə baş verən “4 günlük müharibə” uzun illər dondurulmuş vəziyyətdə qalmış danışıqlar prosesini bərpa eləmək üçün motiv olub. Bu barədə o, Qarabağ danışıqları ətrafında situasiyanı, o cümlədən prezident İlham Əliyevin muxtar respublika təklifinin nizamlama prosesinə nə dərəcədə stimul verəcəyini rusdilli “Moskva-Baku” portalına şərh edərkən deyib.
Markovun fikrincə, aprel olayları bağlı qapılar arxasında danışıqların fəallaşmasına gətirib: “Masa üzərində də ”Kazan formulu” qoyulmuşdu. Lakin daxili siyasi səbəblərdən Ermənistanın onun həyata keçməsinə hazır olmadığı üzə çıxdı və prezidentlərin Sankt-Peterburq görüşündən sonra danışıqlarda təzədən durğunluq yarandı”.
Image result for Markov Sergey
Ekspert Azərbaycan rəhbərliyinin son bəyanatının sülh xarakteri daşıdığına xüsusi vurğu salıb: “Amma İlham Əliyev hədələrlə deyil, konkret təkliflərlə çıxış etdiyi halda – söhbət işğaldakı ərazilər azad edildikdən sonra Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsi haqda təklifdən gedir – Ermənistan hər vəchlə dirəniş göstərir və nizamlama prosesini tormozlayır. Azərbaycan prezidenti həm də əmin edir ki, Azərbaycan sülhə can atır, müharibə istəmir, azərbaycanlılar və ermənilər eyni ərazidə birgə yaşaya bilərlər. Ermənistan isə xarici işlər naziri Edvard Nalbəndyanın dilindən bunu da qıcıqla qarşılayır. Çünki hər necə olmasa, Ermənistan monoetnik ölkədir”.
Image result for Qarabağ münaqişəsi
Markov həm Azərbaycan, həm də həmsədrlər tərəfindən səslənən bu kimi bəyanatların hamısının yeganə məqsədi qismində Ermənistanı sülhə vadar eləmək istəyini görür: “Təəssüf ki, Ermənistan rəhbərliyi devrilə biləcəyindən ehtiyatlanaraq, bundan yayınır. İstər həmsədrlərin səfəri, istərsə də Azərbaycan prezidentinin bəyanatı isə İrəvana danışıqları davam etdirmək üçün bir stimul, müharibənin alternativi kimi diplomatik təzyiqin bir formasıdır. Ceyms Uorlikin İrəvandakı bəyanatı da erməni tərəfinin inadkarlığının doğurduğu ümumi qıcığın göstəricisidir”.
Putinin müşaviri işğalçı ölkəyə xəbərdarlıq da edib: “İrəvan gərək unutmasın ki, müxtəlif qəbildən bu kimi diplomatik addımlar günün birində kəsilə bilər ki, onun ardınca da Ermənistana qarşı sanksiyalar işə düşəcək. Məlumdur ki, Rusiya, Avropa Birliyi, ABŞ Ermənistana böyük həcmdə iqtisadi yardım göstərir. İstisna deyil ki, onlar bu köməyi tədricən azaldaraq, Ermənistanın ciddi danışıqlar masası arxasında əyləşməsi üçün onun rəhbərliyinə təzyiq etsinlər. Əgər nə bu, nə də başqa təsirlər nəticəsiz olsa, o zaman ”aprel” təkrarlana bilər”.
Image result for Minsk group
Analitik həmçinin həmsədrlərin “Qarabağ konfliktinin nizamlanması çərçivəsində təkliflər paketinin bütün elementləri müzakirə olunmalıdır” fikrinə də münasibət bildirib. “Bu yanaşmada yeni heç nə yoxdur. Söhbət ondan gedir ki, rayonlar geri qaytarılır, bunun qarşılığında isə Dağlıq Qarabağın və Ermənistanın blokadası götürülür və Azərbaycanın yeni hərbi əməliyyatlara getməməsinin zəmanəti kimi ATƏT-in missiyası genişləndirilir” – deyə politoloq sonda əlavə edib.
***
“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hesabına Dağlıq Qarabağ ətrafında situasiyanı kardinal şəkildə öz xeyrinə dəyişmək arzusu əbəs və əsassızdır. Ermənistan hüquqi baxımdan Azərbaycana qarşı ərazi iddiası üçün heç bir əsasa sahib deyil, ona görə ki, ən yeni tarixdə Dağlıq Qarabağ heç vaxt ona məxsus olmayıb”. Bu fikir isə başqa bir rusiyalı politoloq Yevgeni Mixaylovun vesti.az saytındakı məqaləsində yer alıb.
“Bu üzdən də Ermənistan Dağlıq Qarabağ münaqişəsini qəti şəkildə həll eləmək üçün Azərbaycana hücum edərsə, KTMT onun tərəfini tutmayacaq. Bu, yalnız o halda mümkündür ki, Ermənistanın özü hücuma məruz qalsın. Dağlıq Qarabağ isə Azərbaycanın hüquqi ərazisidir. Üstəlik, Ermənistan Dağlıq Qarabağ ətrafında bir neçə rayonu işğal edib ki, bu da erməni rəhbərliyinin qeyri-adekvat və uzağı görməyən siyasətindən xəbər verir” – politoloq qeyd edib.
Onun qənaətincə, Azərbaycanı öz ərazilərini güc yolu ilə qaytarmağa yalnız onun Rusiya ilə tərəfdaşlıq əlaqələri mane olur: “Azərbaycan sivil dövlətdir və özünün böyük qonşusunun köməyi ilə torpaqlarını diplomatik yolla qaytarmağa nail olacaq. Bundan əlavə, biz Türkiyənin konfliktin nizamlamasında artan iştirakını görürük – hansı ki, erməni rəhbərliyinin əsla xoşuna gəlmir. Bununla belə, biz Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasının şahidiyik. Zaxarova Türkiyə rəhbərliyinin konfliktin həllinə yönəlik səylərini alqışladığını bəyan edib”.
Rusiyalı təhlilçinin sözlərinə görə, Yaxın Şərqdə müharibənin alovlandığı vaxtda nə Rusiyaya, nə də Türkiyəyə regionda yeni gərginlik ocağı lazım deyil. “Rezüme şəklində yekunlaşdırsaq, tamamilə optimist bir ehtimal irəli sürmək olar ki, lap yaxın zamanlarda çox illik konflikt öz həllini tapacaq və Ermənistan rəhbərliyinin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq geniş miqyaslı nizamlama prosesi başlayacaq” – politoloq vurğulayıb.
Lakin bunun üçün ən azından, Putinin müşavirinin dediyi kimi, Rusiyanın Ermənistana təzyiq etməsi lazım gələcək… (musavat.com)
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Oktyabr 2016
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31