Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Erməni diasporu Ermənistan hakimiyyətində təmsil olunmaq istəyir

Erməni əsilli ABŞ vətəndaşı, milyarder Vaaqn Ovnanyanın kürəkəni, Ermənistan ordusunun ehtiyatda olan polkovniki Artur Aleksanyan-Amarasi yeni hərəkat təsis edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, yeni hərəkat “Birləşmiş Ermənistan” adlanır.

“Biz hərəkatı gələcəkdə parlamentin Yuxarı Palatasının yaranması və erməni diasporunun orada təmsil olunması məqsədilə təsis etmişik”, – deyə milyarderin kürəkəni bildirib.

Məlumata görə, hərəkat 2017-ci ilin aprelində keçirilməsi nəzərdə tutulan parlament seçkilərində iştirak edəcəyini də açıqlayıb.

Erməni diasporu bununla Ermənistandakı hakimiyyətə “biz varıq və hakimiyyətdə təmsil olunmaq istəyirik” mesajını verir. Ona görə də təşkilatı əslində amerikalı milyarder yaradıb. Beləliklə, onlar Ermənistanın ictimai-siyasi həyatında daha fəal və açıq-aşkar təmsil olunmaq istədiklərini bəyan edirlər. Çünki hərəkat Ermənistan konstitusiyasının da dəyişdirilməsini qarşısına məqsəd qoyub. Hərəkatın lideri sayılan Aleksanyan deyib: “Konstitusiya lazım olanda lap 10 dəfə də dəyişdirilməlidir. Diasporun nümayəndələri ölkənin idarə edilməsində qanuni olaraq təmsil olunmalıdır. Hazırda diaspor ölkədə gedən proseslərdən kənarda qalıb. Biz hesab edirik ki, Ermənistan həm də erməni diasporunun dövlətidir”.

Qeyd edək ki, Vaaqn Ovnanyan 1932-ci ildə İraqın Kərkük bölgəsində anadan olub. Vaaqn 1959-cu ildə qardaşları ilə birlikdə “Hovnanian Brothers Corporation” tikinti şirkətini yaradıb və şirkət przidentinin müavini işləyib. O, 2015-ci ilin avqustunda ölüb.

Onu da ehtimal etmək olar ki, milyarderin ailəsi kürəkənini böyük iddialarla irəli çıxarıb, onu deputat mandatı ilə təmin etmək istəyir. Bu, həm də Ermənistan hakimiyyəti ilə diasporu arasında özünəməxsus bazarlıq da sayıla bilər.

Ermənistan prezidenti Serj Sarqsyanla erməni diasporunun təmsilçiləri arasında münasibətlər yaxşı deyil. Düzdür, o, son çıxışlarında ölkənin mövcudluğu amillərindən biri olaraq, diasporun adını xüsusi vurğulayıb. Ancaq bir neçə gün əvvəl S.Sarqisyanın Niderlanda səfəri zamanı baş verənlər prezidentlə diasporun münasibətlərinin qaydasında olmadığönı deməyə əsas verir. Bu ilin yayında Ermənistanda bir qrup şəxs polis binasını tutmuşdu. Hakimiyyət dinc deyil qan tökmək yolu ilə binanı etirazçılardan boşaltmışdı. S.Sarqsyan rejiminin əməlinə ilk etiraz edən isə o vaxt məhz Niderlanddakı diaspor nümayəndələri olmuşdu. Ölkədə elektirk enerjisinin qiymətinin bahalaşdırılmasına etiraz olaraq ötən ilin yayında keçirilən aksiyalar zamanı da diaspor hakimiyyətədn narazı qalmışdı.

S.Sarqsyan Niderlandda onunla görüşmək istəyən diaspor təmsilçilərindən gizlənib. Bu, son ayda ikinici hadisədir. Ermənistan rəhbəri iki həftə əvvəl Nyu-Yorkda səfərdə olarkən, diaspor nümayəndələri onun toplantı keçirdiyi binanın qarşısında etiraz aksiyası keçirmişdi. Onda mühafizəçiləri S.Sarqsyanı arxa qapıdan çıxarmağa məcbur olmuşdular.

Bəzi məlumatlara əsasən, ölkə prezidenti dayaqlarından birini artıq itirməkdədir. O, daha çox Moskvaya arxalanır. Avrasiya İnkişaf Bankının (AİB) İnteqrasiya Araşdırmalar Mərkəzinin “AİB inteqrasiya barometri” adlı illik araşdırmasında bildirilib ki, bu il Ermənistanda əhali arasında Rusiyanı dost hesab edənlərin sayı 17 faiz azalaraq 69 faizə düşüb. Araşdırmada qeyd olunub ki, əvvəlki illərdə Ermənistanda bu göstərici çox yüksək olub. Məsələn, 2015-ci ildə bu göstərici 86 faiz, 2014-cü ildə isə 87 faiz təşkil edib. Sənəddə qeyd edilib ki, 2015-ci ildə Rusiya şirkətləri tərəfindən təchiz edilən elektrik enerjisi qiymətlərinin əhəmiyyətli dərəcədə artması bu məsələdə əsas rollardan birini oynayıb.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Oktyabr 2016
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31