Şuşaya dəmir yolu xətti çəkiləcək

Ətraflı

Türkiyənin pilotsuz qırıcısı: “Baykar” konseptual dizayn görüntülərini yaydı

Ətraflı

Ermənistan Rusiyaya etiraz notası verdi?.. – Pah atonnan!..

Ətraflı

Erməni generalla dost olan azərbaycanlı siyasətçi: Əlaqə savaşdan sonra pozuldu

Ətraflı

Ayının armud istəyi və ya ermənilərin sonunu gətirəcək oyunlar

İyulun 17-də İrəvanda bir qrup silahlının polisin post-patrul alayının binasını zəbt etməsindən, bir nəfəri öldürüb qalanlarını girov götürməsindən sonra ara yaman qarışıb. Düzdür, daha sonra silahlılar qalan girovları da azad etdilər, amma nə tələblərindən əl çəkdilər, nə də binanı tərk etdilər. Onların fikrincə, həmin bina artıq azad edilmiş ərazi sayılır.

Lakin üstündən 10 gün keçməsinə baxmayaraq dövlət özlərini qiyamçı adlandıran bu şəxslərə qarşı heç bir əməliyyat həyata keçirmirdi. Yalnız ötən gecə Ermənistan xüsusi təyinatlıları qiyamçılara qarşı hücuma başladılar. O da yalnız silahlıların ətrafı necə gəldi atəşə tutmasından sonra…

Hər şey iyunun 22-də radikal mövqeyi ilə seçilən “Təsis parlamenti”nin nümayəndəsi Jirayr Səfilyanın qanunsuz silah saxlamaq və gəzdirmək ittihamı ilə həbsindən sonra başladı. Rəsmi məlumata görə, o, bir qrup şəxslə birlikdə bir sıra dövlət qurumlarını, o cümlədən poçt-rabitə binalarını, həmçinin İrəvan teleqülləsini ələ keçirməyi planlaşdırırmış. Lakin görülən bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, bir qrup silahlı iyulun 17-də polis binasını ələ keçirdi. Onların əsas tələbi isə Jirayr Səfilyana azadlıq, prezident Serj Sarkisyanın istefası və Dağlıq Qarabağ məsələsində heç bir güzəştə gedilməməsi idi.

Qiyamçıların bu ultimatumundan sonra Serj Sarkisyan bina boşaldılandan və terrorçular təslim olandan sonra Səfilyanı Prezident Aparatına görüşə dəvət edəcəyinə söz verdi. Lakin o da məlumdur ki, Sarkisyan qiyamçılarla danışıqların aparılması üçün kriminal aləmin avtoritetlərinə də müraciət edib.

Məsələ ondadır ki, hökumət qiyamçıları cinayətkar adlandırmasına baxmayaraq, onları çoxlu sayda insan dəstəklədi. Hətta bütün qadağalara baxmayaraq, küçələrə tökülüb etiraz mitinqi keçirdilər və polislə qarşıdurmaya da getdilər. Qiyamçıların əsas dəstəkverici qüvvəsi isə, əsasən, Azərbaycan torpaqlarının işğalında və azərbaycanlıların qətlə yetirilməsində iştirak etmiş çoxsaylı “veteran”lardır.

Təsadüfi deyil ki, bu arada Ermənistan polisinin keçmiş rəhbəri Aşot Manuçaryan qeyd etdi ki, üsyançılar və hakimiyyət orqanları arasında danışıqlarda vasitəçi Qarabağ separatçılarının keçmiş lideri Arkadi Qukasyan ola bilər.

Burada Ermənistanda yığılıb qalmış sosial-iqtisadi gərginlik, daxili ictimai-siyasi problemlərin təsiri danılmazdır. Amma o da məlumdur ki, ayının min oyunu bir armudun üstündədir. Yəni Ermənistanda baş verən proseslərin bir ucu Dağlıq Qarabağla əlaqədardır və bunu üsyançıların tələblərindəki müddəalar da sübut edir.

Sarkisyanın qiyamçılara qarşı bu qədər müddət ərzində “tolerant” davranması da səbəbsiz deyil. Burada bir neçə ehtimal yürütmək olar. Ağıla ilk gələn odur ki, hakimiyyət qiyamçıların mövcud dəstəyini görərək vəziyyətin daha da gərginləşməsindən ehtiyat edirdi. Digər ehtimal isə odur ki, aprel hadisələrindən sonra Dağlıq Qarabağ məsələsində Ermənistana qarşı kənardan mümkün təsir və təzyiqləri önləmək üçün cəmiyyətdə radikal ab-havanı qabartmaq və onu dünya ictimaiyyətinə göstərərək güzəştlərdən və danışıqlardan yayınmağa çalışır. Bundan əlavə, Sarkisyan hakimiyyətdə qalması üçün bir tərəfdən ölkədə Qərbin təsirinin artdığını qabartmaqla Rusiyadan, digər tərəfdən isə silahlı müxalifətin mövcudluğunu önə çəkərək Qərbdən aldığı dəstəyin və yardımın artırılmasına nail olmaq istəyir.

Lakin görünən odur ki, bu ölkə normal, sivil siyasi mübarizə üsullarından tamamilə uzaqdır. Bu ölkədə siyasi məqsədlərə nail olunması üçün parlament və meydanlarda insanlara atəş açılması, terrora əl atılması adi hal alıb. Amma maraqlısı budur ki, bu vaxta kimi nə Qərb mediasında və siyasi dairələrində, nə beynəlxalq təşkilatlarda, nə də Rusiyada Ermənistandakı vəziyyəti kəskin pisləyən heç bir bəyanat səslənməyib, heç bir ciddi təsiredici sənəd qəbul edilməyib, konkret addım atılmayıb. İndi isə təsəvvür edin, bunların 10-da bir hissəsi Azərbaycanda baş versəydi, hansı həngamələr qopacaqdı?!

Digər tərəfdən, hazırda Qərb, beynəlxalq təşkilatlar Azərbaycanı Dağlıq Qarabağ məsələsini hərb yolu ilə deyil, kriminal, hərbi-siyasi rejimlə idarə olunan respublika ilə danışıqlar aparmaqla həll etməyə səsləyir. Hansı məntiqlə?! Kim zəmanət verə bilər ki, 1998-ci ildə Levon Ter-Petrosyanın hakimiyyətdən uzaqlaşdırılmasından, 1999-cu ilin parlament terrorundan sonra olduğu kimi yenə hər şey sıfırdan başlamayacaq?! Kim zəmanət verə bilər ki, çoxbaşlı oyunları ilə özünü də cəncələ salan Serj Sarkisyan sabah hansısa formada hakimiyyətdən uzaqlaşdırılmayacaq?! Hətta uzaqlaşmasa belə, “Azərbaycanla müharibəyə hazırlaşın, səngərlər qazın” deyən birinin kompromisə gedəcəyinə kim inanar?!

Ona görə də Azərbaycan heç kimin bir-birinin kitabını oxumadığı, özünü dövlət adlandıran, faktiki isə başqalarının “for-postu” olan kriminal ünsürlü, işğalçı rejimə qarşı istədiyi formada davranmaq hüququnu özündə saxlayır. Qarşıda Azərbaycan və Ermənistan prezidentlərinin Fransa görüşü gözlənilir. Əgər Ermənistanda baş verənlər əvvəlcədən yazılmış senari əsasında qurulmuş oyunlardırsa da və ya erməni cəmiyyətini məhv edən “çibanın içindən çıxan irin”dirsə də, onun təsir və nəticələrindən asılı olmayaraq, Azərbaycan göstərdiyi bütün səbrli davranışına baxmayaraq həm Ermənistandan, həm də ATƏT-in Minsk qrupu həmsədrlərindən bu görüşdə və danışıqlarda konkret nəticəyə hesablanmış, irəliyə doğru addımların atılmasını gözləyir. Əks halda…

Əks halda, ermənilər və onların havadarları aprel hadisələrinə görə Allaha şükür etməli olacaqlar…

Əgər Allah da onlara tərəf baxsa…

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 26.07.2021, 14:45

2021-ci ilin yanvar-iyun aylarında Şuşa rayonunda Ümumi daxili məhsul istehsalı və onun istifadəsi haqqında

• 26.07.2021, 12:18

AKP ilə YAP arasında mükəmməl münasibət var – Numan Kurtulmuş

• 23.07.2021, 14:21

Azərbaycanda ermənicə hərbi sayt fəaliyyətə başladı

• 23.07.2021, 13:50

Xocavəndin ucqar dağ kəndlərinə hərəkət edən Azərbaycan yük maşınları

• 23.07.2021, 13:19

Şuşaya dəmir yolu xətti çəkiləcək

• 23.07.2021, 11:18

Prezidentin siyasətində uzaqgörənlik və məqsədyönlülük hər zaman ön plandadır

• 22.07.2021, 11:40

Azərbaycan KİV-nin müharibə və hərbi vəziyyət şəraitində işləmək bacarığı bütün dünya mediasına nümunə oldu – Səttar Möhbalıyev

• 22.07.2021, 11:01

Şuşa-Xankəndi yolundan XƏBƏR VAR

• 20.07.2021, 15:29

Əliyev-Putin görüşünün gündəmi: Moskva masasında nələr var?

• 20.07.2021, 15:24

Türkiyənin pilotsuz qırıcısı: “Baykar” konseptual dizayn görüntülərini yaydı

• 20.07.2021, 14:57

Ermənistan Rusiyaya etiraz notası verdi?.. – Pah atonnan!..

• 20.07.2021, 14:54

Ərdoğan: “Bu məsələni İlham Əliyev qardaşımla müzakirə edirəm” – VİDEO

• 17.07.2021, 12:01

Erməni generalla dost olan azərbaycanlı siyasətçi: Əlaqə savaşdan sonra pozuldu

• 17.07.2021, 11:55

ABŞ Şuşa döyüşləri ilə bağlı BÜTÜN DETALLARI AÇDI: Yüzlərlə Azərbaycan hərbçisi… – VİDEO

• 17.07.2021, 11:29

Fuad Muradov German Zaxaryayevə medal verdi

• 17.07.2021, 11:26

Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

• 17.07.2021, 11:24

Ombudsman Azərbaycan əsgərlərinə qarşı törədilən işgəncə faktlarına dair hesabat hazırlayıb

• 17.07.2021, 11:23

Ermənistanda hərbçi əsgər yoldaşını güllələyib

• 17.07.2021, 11:19

Kəlbəcər, Tovuz və Naxçıvan istiqamətində atışmalar

• 16.07.2021, 12:02

Rəsmi Yerevanın Şuşa səfəri ilə bağlı bəyanatı klassik erməni həyasızlığının nümunəsidir – Ekspert

• 16.07.2021, 8:56

“Araik Rusiyanın məşhur kurort şəhəri – Jeleznovodskda otel aldı…”-FOTO

• 15.07.2021, 15:48

Paşinyan: Bakı bizi yenə blokadada saxlamaq istəyir

• 15.07.2021, 15:16

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana ZƏNG ETDİ

• 15.07.2021, 14:58

Paşinyanın ABŞ dövlət katibinin adından uydurma yaydığı üzə çıxdı

• 15.07.2021, 14:56

İranın yeni Prezidenti Qarabağın azad olunmasına görə İlham Əliyevi təbrik edib

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyul 2016
BE ÇA Ç CA C Ş B
« İyn   Avq »
 123
45678910
11121314151617
18192021222324
25262728293031