Türkiyənin ədliyyə naziri: “6 min nəfər həbs olunub”
Türkiyədə hərbi çevriliş cəhdində təqsirləndirilən şəxslərin həbsi davam edir. “Anadolu” agentliyi xəbər verir ki, indiyədək ölkə üzrə həbs olunanların sayı 6 mini ötüb.
Bu rəqəmi Türkiyənin ədliyyə naziri Bekir Bozdağ açıqlayıb. Bununla yanaşı nazir həbs olunanların 6 mini ötəcəyini də bildirib.