Türkiyədə biznesmenlərin kütləvi həbsi
Bu gün səhər Türkiyədə hüquq-mühafizə orqanları 60 nəfər biznes adamını həbs ediblər.
Virtualaz.org Haber 7-yə istinadən bildirir ki, onlar Fətullah Gülənin təşkilatına maliyyə yardımı göstərməkdə şübhəli bilinirlər.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullah Güləni ölkədə hərbi çevrilişə cəhddə ittiham edib.
Onu da qeyd edək ki, Türkiyənin hüquq-mühafizə orqanları indiyədək 2,8 min adamı həbs ediblər. Onların arasında yüksək və orta çinli çoxlu hərbçilər də var.