Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

TÜRK-İSLAM DÜNYASINA ÇAĞIRIŞLAR VƏ CAVABLAR-4.YAZI

Türk dünyagörüşünə, Türk fəlsəfəsinə aid olan milli-dini dəyərlərin əsasən İslam dini, onun müqəddəs kitabı Qurani-Kərimlə səsləşməsi Türk xalqlarının bu dini qəbul etmələrində mühüm rol oynamışdır. İslam dinini bu ruhla, bu inancla qəbul edən Türk xalqları o zaman düşünmürdülər ki, gələcəkdə mücadiləçi, döyüşkən, ədalətçi bir sözlə, insançı Türk kimliyini unudub osmanlı (sünni), qızılbaş (şiə) kimliyində, eyni zamanda Tanrıçılıqla səsləşən dünyəvi İslamlıq inancından uzaqlaşıb sxolastik müsəlman (xilafətçi sünnillər, əhli-beytçi şiələr) kimliyində görəcəklər. Türkün milli kimlikcə osmanlılaşması ya da səfəviləşməsi, dünyagörüşcə sünniləşməsi ya da şiələşməsi artıq milliyyətçi İslamlıqdan uzaqlaşıb İslam sxolastikası (xilafətçi sünnillər, əhli-beytçi şiələr) dönəminə qədəm qoymasıyla bağlı olmuşdur. Bu da təxminən 16-cı əsrin əvvəllərindən başlayaraq 18-ci əsrin ortalarına qədər yüksələn xətlə davam etmişdir. Özəlliklə, İslam sxolastikasının geniş yayılmasında Osmanlıların İslam xəlifəliyinə, Səfəvilərin (daha sonra Qacarların) isə Əhli-Beytə ya da Şiəliyə sahiblənmələri olmuşdur.

Beləliklə, XVI əsrdən başlayaraq Osmanlıların İslam xəlifəliyini, Səfəvilərin isə şiəliyi üstlənməsiylə Türklüklə İslamlığın bütövlük, dünyəvilik və insanlıq fəlsəfəsi zədələnmişdir. Hər halda həmin dövrdən dini məzhəbçiliyə-İslam sxolastikasına qapılan türklərin bir hissəsi Xəlifəlik iddiasıyla ərəblərin ya da Rum hökmdarlığı ehtirasıyla bizansların, digərləri Əhli-Beyt iddiasıyla ərəblərin ya da İran şahlığı iddiasıyla farsların adət-ənənələrinə yiyələnməklə yalnız Türklükdən deyil, milli kimliklə dini kimliyin bütövlüyünü, dini yaşamla dünyəvi yaşamın birliyini inkar etməyən əsil İslamlıqdan da uzaqlaşmağa başladılar. Deməli, Osmanlı və Səfəvilər dönəmində, xüsusilə həmin dövlətlərin quruluşundan sonrakı  dövrlərdə millilik, dünyəvilik və insanlıq fəlsəfəsi arxa plana keçmiş, onların yerinə artıq Ərəb-İslam xilafətçiliyilə Səfəvi-Əhli-Beyt şiəçiliyi anlamında İslam sxolastikası ön plana çıxmışdır. Bununla da, Türk-Turan soylu xalqların yaşam tərzi dünyəvi İslamlıq və dünyəvi Türkçülük ideyalarından uzaqlaşaraq dini sxolastik çalarlar almağa başlamışdır ki, bunun da nəticəsində son 3-4 əsri müsəlman türklər İslam sxolastikası içində yaşamağa məcbur olmuşlar.

Hər halda Avropanın Xristian xalqlarından fərqli olaraq Şərqin müsəlman xalqları, o cümlədən müsəlman türklər 13-cü əsrdən başlayıb 16-cı əsrdə xeyli dərəcədə möhkəmlənən İslam sxolastikasına qarşı Avropa modernləşməyi ya da yeni Qərb mədəniyyəti ortaya çıxana qədər heç bir ciddi müqavimət göstərə bilmədilər. Başqa sözlə, müəyyən istisnaları nəzərə almasaq 19-cu əsrə qədər İslam dünyasında dəyişilməz şəriət qanunları ya da İslam sxolastikası hökm sürmüş, müsəlman dövlətlər hər hansı yeniliyi, modernləşməyi qəti şəkildə qəbul etməmişdir. Bu isə o deməkdir ki, İslam dünyası ən azı son 3-4 əsrdə İslam sxolastikasının təzyiqi altında əsasən, yeni ideyalar ortaya qoya bilməmişdir. Son dönəmlərdə İslam dünyasında irəli sürülən istənilən yeni ideya “yaxşı-pis” olmasından asılı olmayaraq, radikal mühafizəkarlıqla qarşılanmış və qəbul görməmişdir. Üstəlik, İslam dünyasına aid dövlətlər, özəlliklə Osmanlı, Səfəvilər tənəzzül dövrü yaxınlaşana qədər (17-18-ci əsrlər) Avropada baş verən milli, dini və dünyəvi dəyişiklikləri kənardan izləmiş, az qala burada baş verən yenilikləri yolxucu xəstəliklər kimi görərək, onların sərhədləri içinə girməməsi üçün əllərindən gələni etmişlər. Müsəlman dövlətləri yalnız qonşu dövlətlərlə müharibələr zamanı məcburən Avropanın texnologiyasından istifadə etsələr də, bütün bunlara baxmayaraq İslam sxolastikası düşüncəsiylə dünyəvi elmlərin inkişafına sipər çəkərək yeni ideyaların və onun nəticəsi olan texnologiyaların yaranmasna əngəl olmuşlar.

Bizcə, son əsrlərdə İslam sxolastikasını tənqid edə biləcək yeni bir nəslin yetişməməsi də, İslam dünyasının, o cümlədən Osmanlı və Qacarların tənəzzülünü sürətləndirən əsas amillərdən biri olmuşdur. Hər halda aydın deyilən kəsim köhnə mədəniyyət qapısını bağlayaraq yeni bir mədəniyyətə qapı aça bilmirsə, o zaman zərbənin ağırlığı daha dəhşətli olur. Hər halda, son dönəmlərdə İslam dünyasının aydınlarının böyük qismi də açıq-aşkar istənilən yeniliyin ya da islahatın əleyhinə olub dəyişilməz şəriət qanunlarını, başqa sözlə İslam sxolastikasını müdafiə etmişlər. Belə olduğu təqdirdə, son əsrlərdə Osmanlıda, Qacarlarda və başqa İslam ölkələrində İslam sxolastikasını tənqid edəcək yeni bir aydın nəsildən söz açmaq çətindir. Bunun nədən belə olması haqqında onlarla, bəlkə də yüzlərlə fikirlər vardır. Ancaq bir məsələ gerçəkdir ki, 16-18-ci əsrlərdə İslam sxolastikasının üstünlüyü özünün pik nöqtəsinə çatmış, əksər müsəlman aydınları da Qurani-Kərimin ya da hədislərin loyal şərhlərinə geniş yer ayraraq yeni ideyalar ortaya qoya bilməmişlər.

Beləliklə, 18-ci əsrin sonu, 19-cu əsrin başlarına qədər əsasən İslam sxolastikasına yenik düşüb daxili mücadiləylə, yəni sırf öz potensialıyla ortaya çıxa bilməyən müsəlman türk aydınlardan böyük bir qismi çarəni vaxtilə Xristian sxolastikasını yenərək yeni bir mədəniyyətə daxil olan Avropa-Qərb mədəniyyətində axtarmağa başlamışlar. Bununla da İslam dünyasında modernləşmə prosesi içdən – Şərq-Asiyasayağı (müsəlman Şərqindən ya da müsəlman Asiyasından) modernləşmədən deyil, kənardan – Avropa-Qərbsayağı modernləşmədən başlamışdı. Ona görə də İslam dünyasında indiyə qədər “yaxşı-pis” fərq etməz nə varsa, ortada olan modernləşmə də əsasən Qərb modernləşməyinin təzahürləridir. Bu anlamda içdən bir modernləşmə başlada bilməyən, üstəlik kənar mədəniyyətlə “yeniləşmək” məcburiyyətində qalan İslam dünyasında yeni bir mədəniyyət, yeni bir sivilizasiya ortaya qoymaq mümkün olmadı.

Bununla da, İslam dünyası yeni bir mədəniyyətə, yeni bir sivilzasiyaya başlamaq əvəzinə bir tərəfdən mühafizəkar müsəlman dövlətlərinin bütün sahələrdə geriləməsi, digər tərəfdən isə yenilikçi Avropa dövlətlərinin bütün sahələrdə irəliləməsinin nəticəsi olaraq zor-xoş Avropadan Osmanlıya, Qacarlara və digər İslam ölkələrinə daxil olmağa başlayan Qərbləşmək ideyasıyla üz-üzə qaldı. Artıq İslam sxolastikasıyla müsəlman dövlətlərini nəinki inkişaf etdirməyi hətta, onu qorumağın mümkünsüzlüyü açıq-aşkar ortaya  çıxmışdır ki, bu da bəzi müsəlman aydınlarını ya da dövlət adamlarını Qərbdən gələn ideyalara üz tutmağa cürətləndirmişdi. Ancaq əvvəlki dönəmlərdən fərqli olaraq, bu dövrün müsəlman aydınlarının cürətlənməsində içdən gələn milli-dünyəvi üsyankarlıqdan çox Avropanın üsyankar ziyalılarının təsiri daha çox oldu. Bir vaxtlar  məmurların ya da din başçılarının haqsızlıqlarına, ədalətsizliklərinə etiraz edəcək Mənsurlar, Gəncəvilər, Xarəzimlər, Birunilər, Farabilər, Sinalar, Bağdadilər, Bistamilər, Miyanəcilər, Sührəvərdilər, Tusilər, Xaldunlar, Şəms Təbrizilər, Mövlanələr, Ərəbilər, Nəsimilər, Nəimilər və başqaları var idi. Onları cürətləndirən öz içlərinin səsləri idi ki, bütün inanılmaz zorluqlara baxmayaraq İslamın dünyəviliyi uğrunda mücadilədən geri çəkilmədilər. Ancaq artıq 16-18-ci əsrlərin İslam dünyasında bizlər onların əvəzində əsasən, birə yüz artmış yalançı ruhanilərdən, məddahçı ziyalılardan, qəzəlbaz şairlərdən başqa heç kəsi görmürük. Halbuki, həmin əsrlərdə hətta bir qədər də ondan öncədən başlayaraq Avropa üsyankar Danteləri, Montenleri, Brunoları, Kopernikləri, Qalileyleri, Lüterləri, Kalvinləri, Volterləri, Hobbsları, Lokkları, Russoları və başqalarıyla Xristian sxolastikasını yenərək yeni bir mədəniyyət işığı yandırdılar. Bizlər də “qonşu”nun yandırdığı işıqla qaranlıqdan çıxmağa çalışdığımız, bu anlamda özümüz özümüzdən qaynaqlanan bir işıq yandırmağa ciddi cəhd göstərmədiyimiz üçün İslam dünyasını yeni bir bəlanın içində bulmuş gördük.

Hesab edirik ki, 19-cu əsrin müsəlman aydınları, özəlliklə yeniləşmə tərəfdarları da  əcdadlarının İslamaqədərki, İslamın başlanğıc dövründəki millilik, dünyəvilik və insanlıq ideyalarından əsasən, xəbərsiz olduqları üçün daha çox kənardan gələn Avropa modernləşməyinin təsiri altına düşdülər. İslam dünyasının kənardan, başqa sözlə Avropadan gələn ideyalarla modernləşmənin əleyhinə olanlar isə əsasən “İslam mədəniyyəti”ndən (Osmanlıda İslam-Osmanlı mədəniyyəti – xilafətçilik, Qacarlarda İslam-Səfəvi mədəniyyəti – şiəlik-qızılbaşlıq) möhkəm yapışdılar. Ancaq “İslam mədəniyyəti”ndən çıxış edənlərin özləri də bəzi hallarda Qərb mədəniyyətinin təsiri altına düşdülər. Belə ki, sırf Qərb mədəniyyətinə əks olsun düşüncəsiylə, hər nə yolla olursa olsun İslam mədəniyyətini, əslində İslam sxolastikasını müdafiə etdilər. Bu isə, Avropa ideoloqlarının maraqlarına cavab verən bir durum idi. Bir sözlə, İslam mədəniyyətini yeniləşdirmək istəyənlərlə, İslam mədəniyyətini hər cür yenilikdən qoruyanların bunu, Qərb mədəniyyətini gözləri önündə canladırmaqla etmələri başdan yanlış idi. Çünki hər bir yeni mədəniyyət yalnız öz kökünə bağlı olaraq yarana bilər.

İslam sxolastikasını aradan qaldırmaq üçün ən münasib yol Qərb mədəniyyətini rəqib, ya da dost kimi görmək əvəzinə milli mədəniyyəti (milliliyi) və dünyəvi elmləri (dünyəviliyi) ortaya qoymaq lazım idi. Çünki Avropa xalqlarının Xristian sxolastikasını yenərək yeni bir mədəniyyətə daxil olmalarının mənşəyində dayananlarla (Yunan-Roma, Xristian vəb. mədəniyyətlər) müsəlman xalqlarının təməl prinsipləri arasında dünyagörüşcə ciddi fərqlər vardı. Bu fərqlərin mahiyyətinə varmadan Qərb mədəniyyətinin vasitəsiylə İslam sxolastikasını yenmək nə qədər yanlış idisə, onu özünə rəqib kimi görərək kor-koranə İslam mədəniyyəti mühafizəkarlığından yapışmaq ondan da xətalıydı. Çünki birinci düşüncədən çıxış edən müsəlman modernistlər İslam sxolastikasını yenməklə əsasən Qərbsayağı yeniləşməyə nədən olduqları kimi, ikincilər-müsəlman mühafizəkarlar da qərbləşməmək devizi altında istənilən dünyəviliyi və milliliyi yaxına buraxmamaqla İslam sxolastikasını bu günə qədər yaşada bildilər. Doğrudur, sonuncular üçün bu İslam sxolastikası deyil, dəyişilməz şəriət qanunları ya da İslam mədəniyyəti idi. Ancaq nə ifrat qərbsayağı modernləşmək, nə də İslam sxolastikasına bağlı mühafizəkarlıq çıxış yolu olmadığı üçün, üçüncü bir yol ortaya çıxdı. Üçüncü yolu tutanları şərti olaraq müsəlman eklektikləri adlandıra bilərik!

Dos., Dr. Faiq QƏZƏNFƏROĞLU

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031