Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Tağıyevin Osmanlı sultanına tarixi hədiyyəsi – NİYƏ MİSİRDƏN GƏTİRİLİB DEDİLƏR?

Sultanın yanından çıxarkən Yusif Ziya bəy: “Paşam, nə səbəbdən Quranın Misirdən göndərildiyini söylədiniz?” – deyə soruşur. Nazir isə: “Amandır, susun, əgər xəlifeyi-müsəlman həzrətləri Qurani-Kərimin cəsarət edilərək türk dilinə tərcümə edildiyini anlasa, qiyamət qoparar” – deyə cavab verir.

Cümhuriyyətimizin qurucularından, o dövrün elm və yaradıcı insanlarından fərqli olaraq, demək olar ki, mərhum Hacı Zeynalabdin Tağıyevi 7-dən 77-yə hamı tanıyır. Bəlkə də bu məşhurluq Hacının varı-dövlətindən, milyonlarından qaynaqlanır, kim bilir. Bəlkə də…

Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçiliyi ilə bağlı kifayət qədər faktlar var və demək olar ki, böyük qismini də bilirik. Oxuyub, araşdırdıqca da Tağıyevin geniş ictimaiyyətə məlum olmayan xeyriyyəçiliyilə qarşılaşırıq və bununla da qürur duyuruq. Buna misal kimi Demokratik Cümhuriyyətimizin Əks-inqilab ilə Mübarizə Təşkilatının rəisi Nağı bəy Şeyxzamanlının “Xatirələr”ində Tağıyevin xeyriyyəçiliyilə bağlı heç yanda rast gəlmədiyimiz iki xatirəsinə oxuduq:

Nağı bəy yazır ki, “1918-ci ildə İstanbulda olarkən Osmanlı dövlətinin Məclisi-Məbusəsinə getdim. Orada məclisin sədri Hacı Adil bəylə də tanış oldum. Söhbət əsnasında Hacı Adil bəy mənə Qafqaz haqqında bir neçə sual verdi. Mən də imkan daxilində cavab verdim. Sonra məndən, “Siz Hacı Zeynalabdini tanıyırsınızmı?” – deyə soruşdu”.

“Çox yaxşı tanıyıram” – dedim”.

news-detailnews-detail

Hacı Adil bəy                                                                                              Nağı bəy Şeyxzamanlı

Nağı bəy Tağıyevi tanıdığını deyəndən sonra Hacı Adil bəy Tağıyevlə bağlı olmuş bir əhvalatı danışır:

“O çox möhtərəm şəxsdir. Balkan müharibəsi illəri idi. Bolqarlar türklərə qarşı çox amansız davranırdılar. Türk kəndlərini dağıdır, əhaliyə min cür işgəncə verirdilər. Bolqarlar bu hərəkətləri ilə türk millətinə ağlasığmaz vəhşilikləri rəva görürdülər. Pərişan xalqımızın dərdinə dərman olsun deyə, bir yardım cəmiyyəti qurduq və vəsait toplamağa başladıq. Mən o zaman Ədirnə valisi idim. Avropaya gedən tacirlərimizdən və səfirlərdən ianə toplayardıq. Elə bu zamanlar adını xatırlaya bilmədiyim bir səfirimiz də Berlinə gedirdi. Biz ona müraciət edərək yardım istəyib aldıq. Bu zaman səfir bizə: “Siz xaricə nə üçün müraciət etmirsiniz” – dedi. Sonra o, Qafqazın Bakı şəhərində Hacı Zeynalabdinin ünvanını bizə verərək: “Vəziyyəti izah edərək yardım istəyin” – deyə tövsiyə etdi. Biz onun bu tövsiyələrini yerinə yetirdik. Təqribən bir ay sonra İstanbuldakı Nobel neft şirkəti vasitəsilə o möhtərəm şəxs biz türklərə yardım məqsədilə min qızıl lirə göndərdi…”

Bax belə… Gözə, qulağa nə qədər xoş gəlir Tağıyevin ölkədən kənarda gördüyü xeyriyyəçiliyi. Hələ-hələ bu köməyə ehtiyacı olan qardaşlara ediləndə…

Nağı bəyin xatirəsindən onu da öyrəndik ki, Tağıyevin Azərbaycan türkcəsinə tərcümə etdirib, daş-qaş və almazlarla bəzətdirib Osmanlı sultanı II Əlbdülhəmidə hədiyyə göndərdiyi Qurani-Kərim sultana Misirdən göndərilən hədiyyə kimi təqdim edilib.

Nağı bəy yazır: “Qurani-Kərimi ilk dəfə Azərbaycan şivəsi ilə türk dilinə tərcümə etdirən Hacı Zeynalabdin Tağıyev olmuşdur. Hacı Qurani-Kərimi 4000 qızıl lirə dəyərində zinətli daş və almazlarla bəzədərək Yusuf Ziya Talıbzadə vasitəsilə İstanbula, sultan II Əbdülhəmidə hədiyyə olaraq göndərmişdi.

news-detail

Yusif Ziya Talıbzadə İstanbulda tacir Şirvanlı Səftər bəylə birlikdə saraya gedərək Hacının hədiyyəsinin padşah tərəfindən qəbul edilməsini xahiş edib. Saray naziri Qurana baxır və onun türkcə olduğunu anlayır. Nazir onlara: “İndi Sultan həzrətlərinin hüzuruna çıxıb salam verəcəksiniz. Bu zaman ancaq mən danışacağam” – deyir. Sultanın hüzurunda nazir: “Sultanım, Misirdən şaha layiq hədiyyə olaraq Qurani-Kərim göndərmişlər. Qəbul etməniyinizi xahiş edirlər” deyir. Sultan Qurani-Kərimi öpərək qəbul edir. Sultanın yanından çıxarkən Yusif Ziya bəy: “Paşam, nə səbəbdən Quranın Misirdən göndərildiyini söylədiniz?” – deyə soruşur. Nazir isə: “Amandır, susun, əgər xəlifeyi-müsəlman həzrətləri Qurani-Kərimin cəsarət edilərək türk dilinə tərcümə edildiyini anlasa, qiyamət qoparar” – deyə cavab verir.  

Xatiratın bu hissəsi ilə bağlı bir az düşünməyə dəyər. Öncə öyrəndik ki, XX əsrin əvvəllərində Azərbaycanda Qurani-Kərimi ilk dəfə türk dilinə Hacı Zeynalabdin Tağıyev tərcümə etdirib. Bununla ancaq qürur duymaq olar, Necə ki, duyuruq da. Ancaq burada bir məqam diqqətimizi daha çox çəkdi. Sultana Quranın Misirdən göndərildiyini deyirlər. Əvvəla, sultan hədiyyəni gətirən nümyəndələrə təşəkkür edib, onlarla kəlmə kəsmədimi? Tutaq ki, danışmadılar. Bəs sultan misirli ilə qafqazlınıdamı ayırd edə bilmədi? Çox müəmmalı məsələdir… Məndən bu qədər, gerisinə qarışmıram…

Belə, bütün bunları Nağı bəyin xatirələrindən öyrənmiş olduq. Buradan Tağıyevlə bağlı iki yeni qürür duyulacaq xeyirxahlığı da öyrəndik. Allah bilir, daha neçə xatirələrdən nə qədər öyrənəcəklərimiz var? Yetər ki, keçmişimizi bilək və gücümüz yetərsə, öyrədək!

P.S. Professor Rüfət Hüseynzadə “Bakı milyonçusu, maarifpərvər xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin türk sultanına tarixi hədiyyəsi” adlı məqaləsində qeyd edir ki, Tağıyev 1907-ci ildə, Bakıda “Kaspi” mətbəəsində Quranın tərcümə və təfsirini Azərbaycan dilinə çap etdirmişdir. Quranı tərcümə edənlər Bakı Quberniya Qazisi Məhəmməd Kərim Cəfərzadə və məşhur din xadimi Axund Əbu Turab olmuşdur. Bu Quran üç cilddə – “Kəşfül- Həqayiq” (“Həqiqətlərin Kəşfi”) adı ilə 50 nüsxə çap edilmişdir.   (admiral.az)

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031