Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Sarkisyan danışıqları niyə pozmaq istəyir?

Son günlər ərzində Azərbaycan Ordusu bir neçə şəhid verib. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlarda aktivlik müşahidə olunduğu halda Ermənistan tərəfi təxribatçı əməllərindən əl çəkmir, atəşkəs rejimini pozmaqda davam edir. Eyni zamanda, Ermənistan prezidenti Serj Sarkisyan danışıqlar prosesinə tamamilə zidd, absurd bəyanatlar səsləndirir.

Milli.Az bildirir ki, məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov Trend-ə deyib ki, bu hadisələr Ermənistan rəhbərliyinin münaqişənin tezliklə həllini istəmədiyini göstərir: “Ermənistanda siyasi hakimiyyətdə olan cinayətkar qrup Dağlıq Qarabağ problemi üzərindən hakimiyyətə gəliblər. Bunlar öz hakimiyyətlərinin ömrünü uzatmaq, özlərini cəzalardan qorumaq üçün Azərbaycan torpaqlarını işğalda saxlamağa cəhd edir”.

E.Məmmədov bildirib ki, bu gün bütün erməni rəsmilərinin bəyanatlarında, erməni mətbuatında ciddi təkid olunur ki, Azərbaycan Ordusunun aprel ayında ermənilərdən azad etdiyi ərazilər geri qaytarılsın: “Əgər sülh istəyirlərsə, nəyə görə buna təkid edirlər?! Onların bu bəyanatları, bu istəkləri, təbii ki, müharibəyə gətirib çıxaracaq, bunun başqa yolu yoxdur. Müharibədə isə Ermənistanın vəziyyətinin necə olacağı artıq aprel döyüşlərindən də məlumdur”.

Deputat qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi artıq öz həllini tapmalıdır: “Artıq münaqişə kifayət qədər uzanıb, bundan sonra da uzun müddət davam edə bilməz. Münaqişə öz həllini tapmalıdır. Əks halda, Azərbaycan bunu alternativ yolla həll edəcək. Azərbaycanın buna kifayət qədər gücü və qüdrətli ordusu var”.

Politoloq Qabil Hüseynli də bildirib ki, ermənilərin atəşkəsi pozmasının, pozucu bəyanatlar səsləndirməsinin əsas məqsədi münaqişənin həllini uzatmaqdır: “Ermənistan atəşkəs rejminə əməl etmir. Hələ ki ermənilər tərəfindən ölən yoxdur. Ancaq son bir neçə gündə Azərbaycan bir neçə şəhid verib. Bu onu göstərir ki, ermənilər həyasızlıqla və hiyləgərliklə aprel döyüşləri zamanı azad edilmiş torpaqları geri qaytarmaq istəyirlər. Yəni işğal etdikləri torpaqları yenidən işğal etmək üçün müxtəlif hərbi oyunlardan istifadə edirlər”.
Q.Hüseynli bildirib ki, danışıqlar prosesində də Ermənistanın iştirakı minimum səviyyədədir: “Digər tərəfdən, Ermənistan rəhbərliyi təxribatçı bəyanatlar verir. Ermənistan tərəfinin bu cür hərəkətləri münaqişənin həllini uzadır. Gərək həmsədr dövlətlər Ermənistanı himayə etməkdən əl çəksinlər”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031