Fransadakı terrorda 2 Ermənistan vətəndaşı ölüb
Fransanın Nitsa şəhərindən baş vermiş terror aktında 2 Ermənistan vətəndaşı ölüb.
Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nitsadakı erməni kilsəsinin pastoru Qriqor Xaçatryan ölənlərdən birinin 40 yaşlı qadın olduğunu bildirib. Onun sözlərinə görə, hadisədə daha 3 erməni yaralanıb.
Nitsada naməlum şəxslər yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürüb.
Qeyd edək ki, terakt nəticəsində 84 nəfər ölüb.