Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Sarkisyanın ərəb kanalına müsahibəsi erməniləri xoflandırıb

Serj Sarkisyan bir ərəb kanalına müsahibəsində heç kimin Dağlıq Qarabağ xalqını Azərbaycanın tərkibində məcbur edə bilməyəcəyini söyləyib.
Lakin o bu deyimində qeyd-şərt etməyi də unutmayıb. Ermənistan prezidenti bildirib ki, dünya dövlətləri bu məsələni zor yolu ilə həll edə bilər.
Erməni analitiklərini də xoflandıran da elə bu cümlə olub. Erməni təhlilçilər Sarkisyanın Qarabağ məsələsinin zorla həll ediləcəyinə ilk dəfə işarə vurduqlarını qeyd ediblər.
Musavat.com məsələ ilə bağlı ermənis saytlarına istinadən Ermənistan siyasətçilərinin və poltoloqlarının fikrilərindən bəzilərini Azərbaycan ictimaiyyətinə çatdırır.
Erməni analitiki Akop Badalyan isə həmişə olduğu kimi öz-özünə suallar verərək məsələ barəsində baş sındırmağa çalışıb.
Bu nədir- “Azərbaycan və Ermənistan cəmiyyətlərinə, güzəşt edilməməsi halında onları gözləyəcək təhlükəyə işarədir yoxsa…?” “…..Sarkisyan indi vasətəçiləri ona deyil, Qarabağ ermənilərinə təzyiq göstərməyə çağırır?” deyə Akop Badalyanın yazısında suallar qoyulur.
“Əgər Qafqazda olan problemlərin içərisində Qarabağ əvvəllər hər hansı vəzifənin yerinə yetirilməsində vasitə idisə, hazırda o bir çox problemin yolunda əngəl kimi baxılır”…,
“Belə olan halda isə Ermənistan burada məsuliyyət daşıyan duruma düşəcək. Çünki Qarabağ 20 ildən çoxdur ki, onun əlindədir”-deyə Badalyan vurğulayır.
“Dünya yalnız bir şeyi tələb edir-qlobal proseslərə adekvat olmaq. Qarabağ ermənilərinin Azərbaycanın tərkibində qalıb-qalmamasını istədiyi dünyanın vecinə də deyil. Ermənistan tərəqqipərvər dünyadan imtina etidkcə və Avrasiya bataqlığına saplandıqca erməni əsgərinin səngərdə qalması çətinləşəcək” deyə Badalyan məqaləsində yazır.
“Armenianreport.net” saytının təhlilçisi Qraçya Qalustyan isə rəsmi Bakının artıq paket deyil, mərhələləli varianta üstünlük verdiyini vuğrulayır. “Budur onlar artıq danışıqlarda yalnız irəliləmədən danışırlar. Diqqət edin, aprel ayından sonra azad olunan torpaqlardan yox, məhz irəliləmədən. Onlar isə irəliləyiş  deyərkən ancaq bir məsələni nəzərdə tutublar-bütün torpaqların azad edilməsi və Dağlıq Qarabağın Azərbaycana qaytarılması” deyə Qalustyan yazaraq davam edir:
“Təəssüf ki, Ermənistan indiki vəziyyətdə rus şantajı qarşısında olduqca gücsüz görünür. Biz Rusiyadan həm siyasi, həm də iqtisadi olaraq çox asılıyıq. Üstəlik Rusiya bizi hər hansı manevrdən məhrum edib”.
Ermənistanın “Azad demokratlar” partiyasının sədr müavini Anuş Sedrakyan dünya gündəminin Qarabağ məsələsi üzərində fokuslaşmasını bölgənin gərgin vəziyyətdə olmasının təzahürü olaraq qiymətləndirib.
Anuş Sedrakyan
Anuş Sedrakyan Rusiya və Türkiyə arasında münasibətlərin əvvəlki dövrlərdən daha artıq yaxşılaşdığını bildirərək, “qarğa qarğanın gözünü deşmir” məsələnin burada lap yerində olduğun söyləyib.
 Anuş Sedrakyan Con Kerrinin Moskvaya gözlənilən səfərində Qarabağ münaqişəsinin müzakirəyə çıxarılmasını problemin hansı mühüm nöqtəyə gəldiyini göstərdiyini bildirib.
Erməni siyasətçi Vyana razılaşmalarında təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin qurulmasının nəzərədə tutulmasına rəğmən, Sankt-Peterburq görüşündən sonra kimsənin bu barədə bir söz demədiyini qeyd edib.
“Sankt-Peterburq görüşündən sonra Əliyevin səsi 5 dəfə yüksəlib və daha döyüşkən xarakter alıb” deyə o bildirib.
.
Erməni jurnalist və politoloq Aykazn Qaqriqyan isə son hadisələrin fonunda Azərbaycan ordusu tərəfindən keçirilən hərbi təlimlərə diqqət çəkib.
Qaqriqyan Putinin Bakıya gözlənilən səfərində Qarabağ məsələsinin Rusiya planı üzrə həll olunmmasını və Azərbaycana silah satışının davam etdirilməsi ilə bağlı müzakirələrin aparılacağını vurğulayıb.
Qaqriqyan Rusiyanın Ermənistan ordusunun potensialını azaltmaq istədiyini iddia edib.
 Onun fikrincə Rusiya və Ermənistan arasında imzalanan Hava hücumundan müdafiə üzrə vahid sistemin yaradılması haqqında sazişin Qarabağ səmasına aid edilməməsi bunu aşkar surətdə sübut edir.
“Rusiya “erməni”(?!) səmasını Azərbaycanın üzünə açıb. Qarabağ münaqişəsinin bir çoxlarının dediyi kimi həlli yoxdur. Əslinə qalsa o çoxdan həll olunub. “Nizamasalma prosesi” isə cəmiyyətə təsir göstərmək üçün istifadə edilən böyük blefdən, psixoloji faktordan başqa bir şey deyil. Məsələ cəmiyyətin buna necə reaksiya göstərəcəyindədir. Erməni cəmiyyəti üçün isə blef reallıqdan daha böyük əhəmiyyət kəsb edir. Amma bu gerçəklikdən qaçmaq lazım deyil” deyə erməni politoloq ermənilərin Qarabağda döyüşərək öz mənafelərinin özləri tərəfindən qorunmasının  vacibliyini vurğulayıb.
“Azərbaycan 4 günlük aprel müharibəsi sayəsində Qarabağ məsələsini yenidən dünya gündəminə qaytardı. Indi biz Suriya və Ukrayna ilə eyni səviyyədə dayanmışıq. NATO sammitindən çıxan qərarlar  də elə bunu göstərdi” deyə Qloballaşma və regional əməkdaşlıq analitik mərkəzinin direktoru Stepan Qriqoryan bir erməni saytına müsahibədə bildirib.
Stepan Qriqoryan
Stepan Qriqoryan   Qərb və Rusiya arasında müxtəlif nizamasalma metodları və həll yollarının mövcud oldğunu bildirib. Qriqoryan Vyana danışıqlarında Ermənistanın bölgədə status-kvonu saxlamaq qüçün əlinə fürsət düşdüyünü, lakin Sankt-Peterburqda bunu əlindən qaçırdığını düşünür.
Qriqoryan bölgədə nəzarət mexanizmlərinin yerləşdiriməsi ilə bağlı Qərbin planınn Ermənistana daha çox sərf etdiyni, Rusiyanın isə bu planı pozduğunu bildirib.
“Harda Rusiya varsa bizi təhdidlər və ərazi güzəştləri gözləyir “ deyə Qriqoryan qeyd edib.
“Rusiyanın məqsədi birdir- Azərbaycanı Avrasiya meydanına çəkmək və Azərbaycan neft və qazının Rusiyadan keçməsini təmin etmək” deyə Qriqoryanın müsahibəsində qeyd edilir.
Qriqoryan Qarabağ məsləsində erməni cəmiyyətinin şəffaf şəkldə məlumatlandırılmasının vacib olduğu söyləyib.
“Rusiya ciddi dövlətdir, bir şeyi başına qoydumu, buna tab gətirmək çətin olacaq. Buna görə də hakimiyyət xalqın qarşısında açıq olmalıdr. Əgər bizə hansısa variantlar təklif olunarsa, hakimiyyət cəmiyyətin nəyə icazə verməyəcəyini başqalarına göstərməlidir”.
“Bizim Rusiyaya peşkəş etmədiyimiz heç nə qalmayıb. Arada təəccüblənirəm ki Əliyev Sarkisyanla niyə görüüşr. Yəqin ki, sadəcə jest edir. Əgər hər  şeyimiz Rusiyaya vermişiksə onda Sarkisyana nə ehtiyac var. Bütün məsələlər elə Azərbaycan və Rusiya arasında dialoq zamanı həll olunur” -Qriqoryan bildirib.
Qriqoryan Rusiyanın nəzarətində olmayan tək şeyin ordu və cəmiyyət olduğunu vurğulayaraq əlavə edib erməni cəmiyyətinin ciddi prosesə və hadisələrə hazırlaşmalı olduğunu vurğulayıb.(musavat.com)
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031