Kerri Moskvaya hansı planla gedir? –“Vaşinqton Post” yazdı
ABŞ Dövlət katibi Con Kerrinin Moskvaya Suriya ilə bağlı təklif edəcəyi planın detalları bəlli olub.
Bu barədə informasiyanı “Vaşinqton Post” qəzeti yayıb.
Vaşinqtonun hazırladığı plana əsasən, Rusiya ilə birgə xüsusi müştərək qrup yaradılmalıdır. Bu qrupun mənzil qərargahı İordaniyada olacaq və o, ABŞ və Rusiyanın Suriyadakı fəaliyyəti üçün vahid koordinasiya mərkəzinə çevriləcək. Bunun sayəsində isə hər iki dövlət kəşfiyyat və operativ məlumat mübadiləsi edəcəklər.
Qrupun tərkibinə kəşfiyyat və hava əməliyyatları sahəsində mütəxəssislər daxil olacaq.
Qeyd edək ki, Kerri Moskvaya sabah səfər edəcək.(Axar.az)