“Kəpəz” uduzdu, “Neftçi” bərabərə qaldı
Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Kəpəz” Avstriyada “Admira” klubununa qonağı olub.
“Kəpəz” 0:1 hesabı ilə uduzub. Bu komandalar arasında cavab oyunu iyulun 20-də Bakıda keçiriləcək.
Bu gün Avropa Liqasında II təsnifat mərhələsində digər komandamız – “Neftçi” isə Makedoniyanın “Şkendiya” komandasını Bakıda qəbul edib. Oyun bərabərə bitib – 0:0.
Komandamız növbəti mərhələyə yüksəlmək üçün iyulun 21-də səfərdə mütləq qələbə ya da qollu heç-heçə etməlidir.