Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Erməni kəşfiyyatçısı Azərbaycanın “hücum tarixi”ni açıqladı

“Sentyabr-oktyabr aylarında Dağlıq Qarabağda vəziyyətin yenidən gərginləşməsini gözləmək olar”.

Anspress bildirir ki, bu barədə jurnalistlərə Ermənistan xüsusi təyinatlı kəşfiyyat dviziyasının yaradıcısı və komandiri Vova Vardanov deyib.

Onun sözlərinə görə, avqustda Azərbaycanda Türkiyə ordusunun dəstəyi ilə xüsusi təyinatlılarının hazırlanması üzrə kurslar başa çatır: “Daha sonra hazırlıq keçmiş həmin xüsusi təyinatlıları yeni hərbi döyüş əməliyyatları üçün döyüş bölgələrinə göndərirlər. Lakin bütün bunlarla yanaşı, daha güclü gərginliyi bu ilin payızında gözləmək lazımdır. Çünki qarşı tərəf yağmurlu hava şəraitindən istifadə edə bilər və hücum etməyə cəhd göstərə bilər. Onlar bilirlər ki, Ermənistan ordusu bu cür hava şəraitində onlara cavab vermək üçün hərbi texnika çıxarmağa çalışsa, həmin texnika palçığa batacaq. Azərbaycan tərəfi bütün bunları yaxşı bilir”, – deyə Vardanov bildirib.

Xatırladaq ki, son dövrlər Ermənistanın istər siyasətçiləri, istərsə hərbçiləri tərəfindən sentyabr-oktyabr aylarında cəbhədə gərginlik yaranacağı barədə çoxsaylı fikirlər səsləndirilir. Belə fikirlərdən birini təxminən bir həftə əvvəl Yerevandakı Regional Araşdırmalar Mərkəzinin direktoru, politoloq Riçard Kirakosyan yerli mətbuata müsahibəsi zamanı səsləndirib. Kirakosyan bildirib ki, çox güman ki, Azərbaycan ordusu Ermənistana hücum edəcək. Ancaq ola bilsin ki, bu daha kiçik miqyasda və daha az intensivliklə olacaq: “Azərbaycan ancaq diplomatik prosesə tam şəkildə qayıtmaqdan daha çox, istənilən halda problemin hərbi həlli yolunu tapmağa çalışacaq. Ehtimal ki, Azərbaycanın bu hücumu yaxın aylarda olacaq. Onları bu hücumdan heç nə saxlaya bilməz. Rusiya, ABŞ və Fransa kimi güclü dövlətlərin həmsədrlik etməsinə baxmayaraq, Minsk Qrupunun imkanları məhduddur, onların münaqişənin özünə və münaqişə tərəflərinə çox az təsir rıçaqları var”.

Politoloq bildirib ki, Azərbaycan bir və ya iki işğal edilmiş rayonun qaytarılması üçün yenidən çalışacaq. Çünki Azərbaycanın aprel döyüşlərində əsas məqsədi zəbt olunmuş ərazilərin geri qaytarılmasından daha çox, Dağlıq Qarabağın statusuna yönəlmişdi. Lakin bu 1-2 rayonu geri qaytarmaq o qədər də asan deyil. Ola bilər ki, Minsk Qrupu və xüsusən də Rusiya Ermənistana 1-2 rayonu Azərbaycana qaytarmaq barədə təzyiq göstərsin”, – deyə Kirakosyan əlavə edib.

Riçard Kirakosyan bildirib ki, burada Ermənistanın və Dağlıq Qarabağın istənilən halda birtərəfli güzəştlərə gedəcəyi ağlabatan deyil. Onun sözlərinə görə, işğal olunmuş ərazilərin böyük bir hissəsi zaman keçdikcə Dağlıq Qarabağın statusu və təhlükəsizliyinə təminat müqabilində Azərbaycana geri qaytarılacaq: “Ancaq bununla belə, Laçın (Laçın dəhlizi, həmçinin Laçın rayonu) və Kəlbəcər danışıqların predmeti ola bilməz. Təəssüf ki, bu gün Ermənistan və Dağlıq Qarabağ arasında tərəfdaş yoxdur. Rusiyanın siyasəti silah satmaqdan ibarətdir. Bununla belə, bu gün Rusiya tərəfindən Azərbaycana Dağlıq Qarabağın Ermənistanın təhlükəsizliyi üçün real təhlükə olduğu bildirilir”.

Azərbaycanın Ermənistana hücum edəcəyi barədə dəfələrlə cəfəng fikirlər səsləndirən erməni politoloqlar özləri də bilirlər ki, Azərbaycan tərəfi aprel döyüşlərində də hücum edən tərəf deyildi və qarşı tərəfin diversiya-kəşfiyyat hücumunun qarşısını alırdı.

Lakin qarşı tərəfin hökumət nümayəndələri və hərbçiləri dünya ictimaiyyətinin təfəkküründə Azərbaycanı təcavüzkar tərəf kimi qələmə vermək üçün ordumuzun hücum edəcəyi barədə fikirlər səsləndirirlər. Ancaq unutmaq lazım deyil ki, Azərbaycan ordusu öz işğal edilmiş torpaqlarını geri qaytarmağa çalışır və yaranan hər hansı bir insident də məhz Azərbaycan torpaqlarında baş verir. Bu fikirləri Azərbaycanın hökumət nümayəndləri də dəfələrlə səsləndiriblər.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031