Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Qarabağ münaqişəsi üzrə çərçivə razılaşması aktivləşdirilməlidir”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Minsk qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza Rusiya mediasına müsahibəsində Sergey Lavrovun Bakı səfərini və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaranmış situasiyanı şərh edib.(Admiral.az)

– Rusiya xarici işlər nazirinin Azərbaycan paytaxtına səfəri Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına nə dərəcədə imkan yaradacaq?

– Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana, yaxud Ermənistana istənilən səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük əhəmiyyətə malikdir. Bildiyim qədər öz təcrübəsinə görə, Lavrov həmişə bu prosesin diqqətli iştirakçısı olub. Hansı ki, həmişə ön plana Rusiyanın strateji maraqlarını çəkib, lakin eyni zamanda, münaqişənin həllinə imkan yaratmağa çalışıb.

Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, münaqişənin həlli üçün indiyə kimi heç vaxt olmamış aktiv dövr başlayıb. Prezident İlham Əliyev anlayır ki, aprel döyüşlərindən sonra bütün tərəflər münaqişə üzrə çərçivə razılaşmasının müzakirəsini təcili aktivləşdirməyə ehtiyac olduğunu dərk ediblər. Mən bu bəyanatı belə şərh edirəm. Çərçivə razılaşması üzərində iş başa çatdırılandan sonra bu, Azərbaycan və Ermənistan arasında son sülh müqaviləsinin əsas prinsiplərini müəyyən edəcək.

– Tezliklə bu istiqamətdə aktivlik gözləmək mümkündür?

– Buna nail olmaq üçün uzun yol lazımdır. Azərbaycan və Ermənistan prezidentləri Madrid və ya Kazan prinsiplərindən hansının çərçivə razılaşmasının əsasını təşkil edəcəyini həll etməlidir. Madrid sənədinə görə, Qarabağa “müvəqqəti hüquqi status” verilməsinə əvəz olaraq, ətrafdakı yeddi rayon Azərbaycana qaytarılacaq. Qarabağın hüquqi statusunu və Ermənistanla Qarabağı birləşdirən Laçın dəhlizinin taleyini müəyyənləşdirmək üçün gələcəkdə səsvermə keçiriləcək. Kazan prinsipləri isə yalnız Dağlıq Qarabağ ətrafındakı yeddi rayondan beşinin Azərbaycana qaytarılmasını nəzərdə tutur.

Beş, yaxud yeddi rayonun Azərbaycana qaytarılmasından sonra ehtimal ki, atəşkəs sazişinin möhkəmləndirilməsi tələb olunacaq. Bu, bir müddət belə davam edəcək. Buna görə də hesab edirəm ki, Lavrovun Bakı səfəri qaytarılacaq rayonların sayının həll edilməsi yox, atəşkəs haqda sazişin reallaşdırılması üzrə praktiki addım idi.

– Sizcə, hansı variant daha real görünür?

– Hesab edirəm ki, Dağlıq Qarabağ və Ermənistan arasında tranzitin əvəzi olaraq Qarabağ ətrafındakı bəzi ərazilərin qaytarılması Azərbaycana irəliləməyə kömək edər və daha sonra Madrid sənədinin digər şərtləri müzakirə olunardı. Mümkündür ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “Dağlıq Qarabağ münaqişəsinin ətrafında danışıqlar prosesi ardıcıl olmalıdır” deyəndə məhz bunu nəzərdə tuturdu. Bu yanaşma Azərbaycan üçün lap əvvəldən prioritet olub. Lakin o vaxt məhz bu şərtlər Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın istefasına səbəb oldu.

news-detail

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031