Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Beş dəqiqə tez gələn Lavrov və qapalı Qarabağ müzakirəsi – REPORTAJ

Rusiya bayrağı dalğalanan avtomobil ölkə üçün ənənəvi həndəsi naxışları olan qırmızı xalçanın salındığı Azərbaycan Xarici İşlər Nazirliyinin geniş pillələrinin düz önündə dayandı. “Beş dəqiqə tez gəlmisiniz”, deyə Elmar Məmmədyarov qonağı salamladı. “Yaxşı, bağışlayın”, Lavrov cavabında güldü.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşrinin Sergey Lavrovun Bakı səfəri ilə bağlı reportajında deyilir.

Nəşrin müxbiri Qalina Dudina qeyd edir ki, Lavrov beş dəqiqə əvvəl gəlməsinə baxmayaraq, diplomatlar ləngimədi: “Sergey Lavrov “Xəzər beşliyi” ölkələrinin nazirlərinin toplantısına çatmaq üçün Astanaya uçmağa tələsirdi. Yekun konfransda Məmmədyarov azərbaycanlı jurnalistlərdən üzr istəyərək, rus dilində danışdı. Vaxta qənaət etmək üçün tərcümədən imtina olunmuşdu. Nazir Dağlıq Qarabağ münaqişəsinin nizama salınması perspektivlərinin müzakirə edildiyini, onun qonağı isə İrəvana bu yaxınlarda etdiyi səfər haqda danışdı. “Sergey Viktoroviçin bizə verdiyi informasiyaya görə, pozitiv ahəng yaranıb”. Lakin nazirlər təfərrüatları açmadılar. Lavrov Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada və Sankt-Peterburqda görüşünü xatırladaraq izah etdi ki, məlum səbəblərə görə, danışıqların detallarını açıqlamırlar. “Üç prezident ümidin cücərtilərinə ehtiyatla yanaşmaq haqda razılaşdılar. Lakin bizdə güman etməyə əsas var ki, bu dəfə daha çox uğura yaxınıq”, – deyə diplomat jurnalistləri təmtəraqla arxayın etdi”.

Jurnalist qeyd edir ki, danışıqların kuluarlarında təmkinliliyi belə izah edirlər: “Ermənistan və Azərbaycan tərəfi nizama salınmanın prinsipial məsələlərində razılığa nail olmağı bacarıblar. Lakin hələlik bəzi məsələləri də razılaşdırmaq lazımdır”.

“Kommersant”a danışan Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib ki, hazırda status-kvonun dəyişilməsi haqda söhbət gedir: “Aprel hadisələri göstərdi ki, mövcud status-kvo vəziyyətin gərginləşməsinə səbəb ola və regional təhlükəsizlik üçün ciddi problemlər yarada bilər. Ona görə də indi status-kvonun dəyişilməsindən söhbət gedir”.

H. Hacıyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında yeni görüşün imkanları müzakirə edilir: “Həmçinin, növbəti görüşün Parisdə keçirilməsi ideyası var. Prinsip etibarilə Azərbaycan həmişə belə görüşlərə açıqdır və yer bizim üçün xüsusi əhəmiyyət kəsb etmir. Ən vacib olan budur ki, bu, görüş xatirinə görüş olmasın”.

Azərbaycan  prezidentinin mətbuat katibi Azər Qasımov nəşrə açıqlamasında bildirib ki, Sergey Lavrovla Prezident İlham Əliyevin görüşündə Dağlıq Qarabağ münaqişəsi əsas məsələ idi.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031