“Qarabağ” bu gün Çempionlar Liqasının oyununa çıxacaq
Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.
yknews.az xəbər verir ki,Azərbaycan çempionu “Qarabağ” Tofiq Bəhramov adına respublika stadionunda Lüksemburq çempionu “Düdelanj” ilə qarşılaşacaq.
Saat 21:00-da baş tutacaq oyunu İsraili təmsil edən hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, “Qarabağ” -“Düdelanj” matçının cavab oyunu iyulun 20-də Lüksemburqda baş tutacaq.