Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Moskvanın Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün səyləri Qərblə razılaşdırılır“

“Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda mövqeyini əldən vermək istəmir. Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana son vaxtlar artan səfərlərini də bununla izah etmək olar”.
Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Dövlət Humanitar Universitetinin regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, tanınmış siyasi ekspert Sergey Markedonov deyib.
Onun sözlərinə görə, Moskva heç bir halda danışıqlar formatını əldən vermək istəmir: “Görünən odur ki, Sergey Lavrovun Bakıya səfəri də Sankt-Peterburqda prezidentlərin görüşündə əldə olunan razılıqların təsdiqlənməsi məqsədini daşıyır. Hesab etmirəm ki, burada söhbət hansısa qərarın qəbulundan gedir. İnanmıram ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı keçirilən bir sammitdə münaqişənin həll olunması ilə bağlı qərar verilsin. Bu uzun sürən prosesdir. Bir və ya iki görüşlə həll olunası məsələ deyil”.
Rusiyalı politoloq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ortada hansısa planın olub-olmadığı məsələsini də şərh edib: “Son zamanlar münaqişənin həlli ilə bağlı “Lavrov planı”nın olduğu deyilirdi. Planın adı belə olsa da, qərarı onun vermədiyi aydındır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qərarı Moskva ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri olan ABŞ və Fransa ilə birlikdə verə bilər. Bu istiqamətlə onlar qarşılıqlı fəaliyyət göstərirlər. Ona görə də, hesab etmirəm ki, Moskvanın münaqişənin həlli ilə bağlı hansısa təktərəfli qərarı ola bilər. Belə olsa, bu, digər həmsədrlər tərəfindən heç də xoş qarşılanmaz. Nəzərə alsaq ki, Sankt-Peterburq görüşündə digər həmsədrlər də iştirak edib, o zaman münaqişənin həlli ilə bağlı Moskvanın bütün səyləri qərblə razılaşdırılır”.

S. Markedonov danışıqların “Kazan formulu” əsasında aparılıb-aparılmamasına da toxunub: “”Kazan formulu”nda yeni heç bir şey yoxdur. Bu, yenilənmiş Madrid prinsiplərinin əlavələr olunmuş təqdimatıdır. Münaqişənin nizamlanmasının əsasında bu formul dayanır. Əsas məsələ sənəddə, yəni, kağız üzərində nəyin yazılması deyil, əsas məsələ kimin birinci, ya ikinci addım atmasıdır.
Bu gün müzakirə olunmalı əsas məsələ Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayonun işğaldan azad edilməsi və Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsidir. Lakin bunu müzakirə etmək üçün tərəflər bir-birindən güzəştlər gözləyir. Mübahisə məhz bunun üstündədir. Kimin birinci addım atması məsələsi mübahisəlidir. Yenilənmiş Madrid prinsiplərində dediklərimin hamısı əksini tapıb, hətta bu sənəddə məsələnin həllinin ardıcıllığı da var. Lakin kimin nə zaman birinci addım atmalı olduğu sənəddə yoxdur. Mənə elə gəlir ki, hazırda danışıqlar prosesində məhz bu məqamlar müzakirə olunur”.

Rusiyalı ekspertin fikrincə, Vaşinqton bu münaqişənin həllində Moskvaya maneə olmaq istəmir: “Lakin münaqişənin həllində Moskva öz milli maraqlarını nəzərə alırsa, o zaman, əlbəttə ki, Qərbin də maraqlarını nəzərə almalıdır. Bu gün Rusiya-ABŞ münasibətləri çox mənfi istiqamətdə inkişaf edir. İki nəhəng arasında gözlə görünən gərginlik müşahidə olunur. Bir sıra regional məsələlərdə fikir ayrılıqları mövcuddur. Ukrayna, Suriya və NATOməsələlərində Rusiya və ABŞ arasında ortaq nöqtə yoxdur. Dağlıq Qarabağ münaqişəsi yeganə problemdir ki, bu məsələdə Moskva və Vaşinqton ortaq fikrə sahib olduqlarını bəyan edir”.
S. Markedonov iyulun 9-da Varşavada keçirilən NATO sammitində Dağlıq Qarabağ məsələsinin müzakirəsinin, Azərbaycan və Ermənistan prezidentlərinin sammitə dəvət olunmasının heç də təsadüf olmadığını vurğulayıb: “NATO sammitində qərb liderlərinin, xüsusi ilə də ABŞ dövlət katibi Con Kerrinin və Fransa prezidentiFransua Ollandın münaqişə tərəfləri ilə görüşlər keçirməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatlar verməsi bir daha göstərdi ki, Qərb bu münaqişənin həllində Moskvanın təkbaşına addım atmağına qarşıdır və bu prosesə kənardan qalıb baxmaq niyyətində deyil. Ona görə də, Moskva münaqişənin həllində digər həmsədr ölkələrin mövqeyini mütləq nəzərə almalıdır”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031