Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Lavrovun Bakıda açmadığı Qarabağ SİRRİ

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya gözlənilən  səfəri baş tutdu.

yknews.az anspress-ə istinadən bildirir ki, Lavrov ötən axşam Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli  və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirib.

Lavrov İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində prosesin getdiyini deyib.

“Əsas məqsəd odur ki, Qarabağ məsələsində kiçik ümid yaradan amillərə çox ehtiyatla yanaşaq ki, əldən çıxmasın”, – deyə Lavrov Bakıda Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında  bildirib.

Həmçinin Rusiyanın XİN rəhbəri münaqişənin həlli ilə bağlı müzakirə olunan mövzuların detallarının nədən ibarət olması ilə bağlı sualdan diplomatik formada yayınaraq – “Biz danışıqların mövzularını geniş ictimaiyyətlə müzakirə etmirik” – deyib.

Lavrov heç nəyi gizlətmədiklərini, danışıqların detallarını bölüşməməsini isə etik qaydalarla əlaqələndirib. Rusiya rəsmisi iyulun 4-də İrəvan səfəri zamanı da münaqişənin həlli ətrafında danışıqların hansı mövzuların müzakirə olunduğunu deməsə də, Rusiyanın münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bir daha təkrar edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və erməni həmkarı Edvard Nalbandyan arasında görüş (4 iyul) Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş (12 iyul)

Rusiya rəsmisi aprel hadisələrindən sonra bir neçə dəfə Azərbaycan və Ermənistana səfərə gəlib. Onun səfəri qalmaqallı abu-havada keçsə də, münaqişənin həllində heç bir nəzərə çarpan və ictimaiyyəti maraqlandıran nəticə əldə olunmayıb.

“Lavrovun Bakı və İrəvana səfər etməsi münaqişənin həllinə ciddi təsir göstərməyəcək”

Lavrovun bu dəfə İrəvana və Azərbaycana səfəri münaqişənin həllinə necə təsir edəcək?

Lavrovun səfərlərini şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, Rusiyanın əsas məqsədi münaqisənin həllində yenə də təşəbbüsü ələ almaqdır.

“Amma NATO-nun Varşava sammitindən sonra bu məqsədi həyata keçirmək Rusiya üçün bir qədər çətin olacaq. Çünki proseslərə ABŞ-ın dövlət katibi Con Kerri də ciddi formada qoşulub. Artıq NATO Dağlıq Qarabağ münaqişəsini Ukrayna, Moldova və Gürcüstanda olan ərazi problemləri ilə bir yanaşı görür. Bu məsələlərdə Helsinki Yekun Aktının dövlətlərin ərazi bütövlüyü prinsipi əsas göstərilir.  Bu beynəlxalq qüvvələrin münaqişənin həllinə münasibətdə böyük irəliləyişdi”, – deyən politoloq əlavə edib ki,  bu prinsip əsas götürüldüyü üçün Lavrovun “yol xəritəsi” (Rusiya Dağlıq Qarabağın Ermənistanla əlaqəsinin kəsilməməsi üçün dəhliz təklif edir)  və Rusiyanın masa üzərinə qoyduğu sənədlər elə də böyük əhəmiyyətə malik deyil.

Sergey Lavrovun danışıqların detallarının açıqlanmaması ilə bağlı fikirlərinə münasibət bildirən Qabil Hüseynli deyib ki, Rusiyanın təklif etdiyi həll planı ilə Azərbaycan razılaşmadığı üçün XİN rəsmisi detalları sirr saxlayaraq sualı cavabsız qoyub.

“Əsas sənədlər bundan sonra Helsinki prinsipləri nəzərə alınmaqla işlənib hazırlanacaq. Ona görə də Lavrovun Bakı və İrəvana səfər etməsi münaqişənin həllinə ciddi təsir göstərməyəcək. Çünki Rusiyanın təşəbbüsü ilə aparılan danışıqlar prosesinin böyük perespektivi yoxdur. Amma NATO-nun sammitindən sonra Azərbaycan tərəfini gücləndirəcək arqumentlər meydana gəlib. Çünki sammitdə ərazi bütövlüyü prinsipləri əsas götürülüb. Rəsmi Moskva isə daha çox dəhliz məsələsini və Dağlıq Qarabağa müstəqilliyin verilməsini ön plana çəkir.

Rusiya rəsmisinin səfərlərini şərh edən keçmiş səfir, politoloq Fikrət Sadıqov isə deyir ki, Rusiya da başa düşürlər ki, aprel hadisələrindən sonra Azərbaycanın qərarı qətidir.

“Hazırda irəli sürülən təkliflər üzərində danışıqlar gedir. Rusiya çalışır ki, bu məsələdə təşəbbüsü ələ alsın. Burada asan bir qərarın qəbul ediləcəyindən danışmaq çətindir. Amma apreldə baş verənlərdən sonra Lavrovun Bakı və İrəvana səfər etməsi və səfərlər zamanı təkliflər irəli sürməsi Ermənistanı narahat edir. Ermənistan həmişə müəyyən şərtlər və tələblər irəli sürür. Mərhələli həllə razı olsa da, Dağlıq Qarabağa müstəqillik verilməsini istəyir. Ermənistanın mövqeyinə təziqlər olarsa, münaqişənin həllində irəliləyişlərə nail olmaq olar”, – deyə Fikrət Sadıqov bildirib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031