İrəvanda oliqarxların qətlini planlaşdıran – Killer dəstəsi yaxalandı
İrəvanda məşhur biznesmenlər və oliqarxları öldürməyi planlaşdıran killer dəstəsi zərərsizləşdirilib.
“Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, maskalı və silahlı killerləri hüquq-mühafizə orqanları deyil, adı çəkilməyən nüfuzlu şəxsin mühafizəçisi aşkarlayıb.
Məlumata görə, hadisə “Arqişti” restoranı ətrafında cərəyan edib. İyunun 8-i bir neçə nüfuzlu şəxs, o cümlədən deputatlar məşhur kriminal avtoritetin atasının dəfnində iştirak üçün toplaşıblar. Restoran ətrafında isə onları güllələməyə hazır vəziyyətdə duran killerlər pusqu qurub. Lakin dəstə mərasim iştirakçılarından birinin mühafizəçisi tərəfindən zərərsizləşdirilib.