Rusiyanın xarici işlər naziri Qarabağa görə bu gün Bakıya gəlir
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu gün Bakı səfər edəcəyi gözlənilir.
Rusiya XİN-nin rəsmi saytının məlumatına görə, Sergey Lavrov iyulun 11-12-də Azərbaycanda olacaq. Rusiyalı nazir səfər çərçivəsində Azərbaycan prezidenti və azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşəcək. Əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq.