İrəvanın mərkəzində böyük yanğın başlayıb
Bu gün axşam saatlarında Yerevanın mərkəzində böyük yanğın başlayıb. Ermənistan KİV-i bildirir ki, yanğın Tiqran Metsa 4 ünvanında Maliyyə Nazirliyinin idarələrindən birinin yerləşdiyi binada qeydə alınıb.
Burada eyni zamanda “Armpomproekt” institutunun və Milli Statistika Xidmətinin Yerevan şöbəsi də yerləşir.
Yanğın zamanı dam örtüyünün bir hissəsinin yanaraq yerə düşdüyü bildirilir. Amma heç kim xəsarət almayıb. Hadisə yerində bir neçə yanğınsöndürən briqada işləyir.