Füzulidə 300 hektar biçilmiş taxıl sahəsi yanıb
Füzulidə yanğın hadisəsi qeydə alınıb. yknews.az saytı Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Füzuli rayonu, Alxanlı kəndi ərazisində 300 ha biçilmiş taxıl sahəsi yanıb.
Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.