Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənistan aprel uğursuzluğundan çıxa bilmir –Sarkisyan korpus komandirlərini dəyişdi

Aprel müharibəsindən sonra Ermənistan ordusunda kadr yerdəyişmələri səngimir.

Ermənistan prezidenti Serj Sarkisyan Silahlı Qüvvələrin 5 hərbi korpusundan üçünün komandirini dəyişib.

3-cü korpusun yeni komandiri Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuria Xacaturovun oğlu polkovnik Qriqori Xacaturov təyin edilib. Bu barədə Azadlıq Radiosu-nun erməni xidmətinə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arçpun Ovannisyan məlumat verib.

Prezidentin rəsmi saytında yerləşdirilən əmrdə deyilir ki, 3-cü korpusun rəhbəri Onik Qasparyan tutduğu vəzifədən azad olunsun və Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini təyin edilsin.

Serj Sarkisyanın digər əmri ilə polkovniklər David Manukyan və Valerik Kocaryan ikinci və dördüncü korpusun komandiri təyin ediliblər.

Dördüncü korpusun keçmiş komandiri general-mayor Andrannik Markaryan erməni-rus birləşmiş hərbi qruplaşmanın komandiri vəzifəsinə gətirilib. İkinci korpusun keçmiş komandiri general-mayor Poqos Poqosyan Ermənistan Silahlı Qüvvələrinin idarə rəhbəri təyin edilib.

Həbs olunan da var, yüksək vəzifəyə aparılan da

Belə demək mümkündürsə, aprel müharibəsindən sonra Ermənistanın Silahlı Qüvvələrinin yüksək rəhbər postlarında kadr dəyişikliyi davam edir. Aprelin sonunda müdafiə nazirinin müavini, texnik təchizat departamentinin rəhbəri Alik Mirzabekyan, Silahlı Qüvvələrin kəşfiyyat idarəsinin rəhbəri Arşak Karapetyan, texnik təchizat departamentinin rəhbəri Alik Mirzabekyan və Silahlı Qüvvələrin ordu əlaqələri rəisi, general-mayor Komitac Muradyan vəzifələrindən azad edilmişdilər.

Təxminən bir ay sonra Silahlı Qüvvələr idarəsinin rəisi Melsik Cilinqaryan işini itirməli olmuşdu. O, vəzifəsini itirəndən sonra saxlanmış, həbs edilmiş, ancaq dəmir barmaqlar arasında bir neçə gün keçirmişdi.

Mayın sonunda texnik təchizat departamentinin rəhbəri Alik Mirzabekyanı Silahlı Qüvvələrin keçmiş rəis müavini, Dağlıq Qarabağ ordusunun keçmiş komandiri Movses Akopyan əvəzləyib.

İyunun 17-də Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat idarəsinə rəhbərlik Vaqinak Sarkisyana tapşırılıb.

Prezidentin bir neçə yüksək vəzifəli hərbi məmurunu işdən uzaqlaşdırmasını şərh edən, ölkə parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər daimi komissiyasının üzvü Koryuna Naapetyan deyir ki, Ermənistan hərbisinin yüksək vəzifəli şəxsləri öz vəzifələrini yerinə yetirərkən yanlışlıqlara yol veriblər.

İstefa səbəbləri göstərilmir

Yüksək vəzifəli şəxslərin istefaya göndərilmə səbəbləri göstərilməyib. Aprel döyüşləri zamanı və sonra da nə prezident Sarkisyan, nə də ölkə rəhbərliyi ordunun fəaliyyəti ilə bağlı hər hansı tənqid səsləndirib. Əksinə, aprel döyüşləri zamanı dönə-dönə vurğulanmışdı ki, ordu qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən də AzadlıqRadiosu-na bildirmişdilər ki, respublika prezidentinin qərarını şərh etmirlər.

Koryun Naapetyan deyib ki, yeni istefaya göndərmələr ola bilər. Onun sözlərinə görə, konkret situasiyaların müzakirə olunması lazımdır və o zaman bəlli olacaq ki, kim öz vəzifələrini yerinə yetirib, kim yox. «Əgər kimsə öz vəzifəsini yerinə yetirməyibsə, o zaman ölçülər götürülməlidir», – deputat AzadlıqRadiosuna müsahibəsində vurğulayıb.

Naapetyan deyib ki, Azərbaycanla Ermənistan arasında baş verən dördgünlük aprel döyüşləri ölkənin milli təhlükəsizlik sistemində problemlər olduğunu üzə çıxarıb.

Bu istefalar kifayətdirmi? Naapetyanın bu suala cavabı belə olub: «Təbii ki, yox. Fikrimcə, biz bütün istiqamətlər üzrə nəticə çıxarmalıyıq. Burda söhbət təkcə hərbi istiqamətdən, parlamentdən, diplomatik, siyasi istiqamətlərdən gedir».

AzadliqRadiosu.az

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031