Dilqəm və Şahbazın 2 illik girov həyatı
Bu gün Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərdə girov götürülüməsindən iki il ötür.
2014-cü ilin bu günü Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev, Həsən Həsənov Azərbaycanın işğal altında olan ata-baba yurdları Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün ora getmişdilər. Onlar ermənilər tərəfindən girov götürülüblər. Düşmən tərəf Dilqəm və Şahbazı yaxalasa da, Həsən Həsənov qətlə yetirilib.
Onun meyitinin əvvəlcə Xankəndində dəfn edildiyi deyilirdi. Aparılan danışıqlardan sonra Həsən Həsənovun cənazəsi vətənə qaytarılıb və ölkəmizdə dəfn edilib.
Dekabr ayında Kəlbəcər girovları üzərində qondarma “məhkəmə” qurulub. İşğalçı rejimin qurduğu “məhkəmə”də Dilqəm Əsgərovu ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edib.
Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar. Girovlarla bağlı bir çox beynəlxalq quruma müraciətlər edilib.
Həmçinin Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun ailə üzvləri bununla bağlı Rusiya prezidenti Vladimir Putinə və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və Vladimir Doroxinə müraciət ediblər. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyi müntəzəm olaraq girovlara baş çəkir. Onlardan alınan məktublarını ailə üzvlərinə, ailədən alınan məktublar isə girovlara çatdırılır.
Son məktublarında onlar səhhətlərinin heç də yaxşı olmadığını deyirlər. Düşmən tərəfinin onlara necə münasibət göstərməsi elə məktub yazışmalarından da görünür.
Anar Kəlbiyev
AzVision.az