Cəbhədə erməni əsgəri ağır yaralanıb
Bu gün günorta saatlarında Ermənistan-Azərbaycan sərhədində erməni hərbçisi, Yerevan sakini Tiqran Vaçaqanoviç Mkrtçyan ağır yaralanıb. Bu barədə məlumatı Novosti Armeniya yayıb. Məlumata görə, yaralı Noyemberyan rayonundakı hərbi hospitala yerləşdirilib. Onun vəziyyəti ağır-stabil kimi qiymətləndirilir.