Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Tezliklə müharibə başlayacaq…”

Qarabağda daha bir keçmiş səhra komandiri Ermənistan hakimiyyətini işğal edilmiş ərazilərin qaytarılması cəhdinin hərbi qiyama səbəb olacağı ilə hədələyib.

Virtualaz.org xəbər verir ki, bədnam “Krunk” təşkilatının üzvü olmuş general, Qarabağdakı işğalçı erməni qüvvələrinin ilk komandanı Arkadi Karapetyan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində ərazilərin qaytarılmasına dair danışıqların “ciddi müqavimətlə qarşılaşacağını” bildirib.

Arkadi Karapetyan İrəvanda Zootexnik-Veterinar İnstitutunu bitirib, 90-cı illərin əvvəllərində “Krunk” separatçı birliyinin və “Daşnaksütun”un üzvü olub. Heç bir hərbi təhsili olmasa da general rütbəsi daşıyır. 1993-cü ildə Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsində işləyib, kəşfiyyat polkunun komandiri olub.

“Siz hesab edirsiniz ki, yaxın vaxtlarda genişmiqyaslı hərbi əməliyyatların, yaxud müharibənin başlanması ehtimalı yüksəkdir?” sualına Karapetyan belə cavab verib:

-Bəli. Əgər kiməsə elə gəlirsə ki, müharibə qurtarıb, o, adekvat adam deyil.

– Bəs Ermənistan bu hərbi əməliyyatlara davam gətirə biləcəkmi?

Karapetyan cavab verib ki, bu sualı Ermənistan müdafiə naziri Seyran Ohanyana və baş qərargah rəisi Yuri Xaçaturova vermək lazımdır. “Əgər qalib gələsələr şöhrət qazanacaqlar, məğlub olsalar cavab verəcəklər”-o deyib.

Baytar-general deyib ki, hakimiyyət ərazilərin qaytarılmasına cəhd etsə Qarabağda əksəriyyət buna qarşı çıxacaq. “Kim ərazilərin qaytarılmasının mümkünlüyü haqda danışırsa bu, onun öz problemidir. Mən bu barədə heç düşünmək belə istəmirəm və imkan verən deyiləm ki, kimsə güzəştə getsin”-Karapetyan deyib.

Bəs hakimiyyət qərar versə ki, kompromislərə gedilsin və ərazilər qaytarılsın, Karapetyan buna necə müqavimət göstərəcək?

Baytar-general bu suala cavab olaraq deyib ki, ərazilərin qaytarılmasına cəhd edən hakimiyyət devriləcək. “Bu halda hakimiyyətdə mən və yoldaşlarım olacaqlar, başqa kimsə yox…”-o deyib.

Qeyd edək ki, bundan əvvəl digər keçmiş səhra komandirləri də ərazilərin qaytarılması cəhdinin Ermənistanda hərbi qiyama və hakimiyyətin devrilməsinə səbəb olacağı haqda bəyanatlar veriblər. Ermənistanda az qala hər gün bir qrup keçmiş yaraqlı toplaşıb mətbuat vasitəsilə hakimiyyəti hədələyir, aprel döyüşlərində itirilmiş əraziləri geri almaq üçün döyüşə başlayacaqları haqda danışır. Ermənistan hakimiyyəti radikal səhra komandirlərinin bir neçəsini, o cümlədən “Şuşa batalyonu”nun komandiri Jirayr Səfilyanı hərbi çevrilişə cəhd ittihamı ilə həbs edib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031