Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Sarkisyan Varşavada işğalçı olduğunu etiraf edəcəkmi?

Prezident İlham Əliyev NATO-nun sammitində iştirak etmək üçün Polşaya səfər edib.

Publika.az xəbər verir ki, paytaxt Varşavada keçiriləcək sammitdə Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edəcək.

 Bu, prezidentlərin NATO sammiti çərçivəsində görüşəcəyi məsələsini gündəmə gətirir.

 Qeyd edək ki, bir müddət öncə Ermənistan mediası prezidentlərin Varşavada görüşəcəyi haqda məlumat yaymışdı. Lakin daha sonra prezidentlərin növbəti görüşünün Varşavada deyil, Parisdə olacağı barədə məlumat yayıldı.

 Əslində 2014-cü ildə Uelsdə keçirilən sammitdə prezidentlərin görüşməsi növbəti dəfə də bunun baş verə biləcəyi ehtimalını gündəmə gətirir. 2014-cü ilin avqust ayında cəbhədə baş verən hadisələrdən sonra Rusiya prezidenti Vladimir Putin prezidentlərin Soçidə görüşün təşkil edərək, həm atəşin dayandırılmasına nail oldu, həm də regionda söz sahibi olduğunu göstərdi. Avqustda baş tutan Soçi görüşünün ardından, sentyabrın 4-də NATO-nun Uels sammiti keçirildi və ABŞ Dövlət katibi Con Kerrinin iştirakı ilə prezidentlərin görüşü təşkil olundu.

 Bu təcrübədən çıxış etsək bir-birinin əksinə olan iki ehtimal gündəmə gəlir.

1. Putinin təşkil etdiyi Sankt-Peterburq görüşündən sonra NATO əks hücuma keçərək, Varşava görüşünü keçirə bilər.

2. Aprel döyüşlərindən sonra ABŞ-ın rəhbərliyi altında Rusiyanın da iştirak etdiyi Vyana görüşü baş tutdu. Ardınca Rusiya yenə öz ənənəvi “söz sahibi” gedişini edərək, Sankt-Peterburq görüşü ilə qarşı tərəfə cavab verdi. Hesab “bir-birdir”.

Lakin üçüncü ehtimal bu dəfə Qarabağla bağlı nüfuz savaşının getməyəcəyi fikrini gücləndirir. Çünki Vyana görüşündən sonra baş verən siyasi proseslər və Sankt-Peterburq görüşü Qərbin münaqişənin həlli açarının Rusiyada olması fikri ilə razılaşdığını və bunu könüllü şəkildə Moskvanın öhdəsinə buraxdığını deməyə əsas verir. Təbii ki, Rusiya da atacağı addımları müəyyən mənada Qərblə razılaşdıracaq. Bu baxımdan, Varşavada prezidentlərin görüşünün təşkil ediləcəyi gözləntiləri azdır.

Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də bildirib ki, Varşavada Prezident İlham Əliyevlə Serj Sarkisyanın görüşü şübhə altındadır.

Lakin o, “Twitter” səhifəsində NATO sammitində Qarabağla bağlı müzakirələri olacağı haqda məlumat yayıb.

***

 Prezidentlərin görüşü olmasa belə, Dağlıq Qarabağ məsələsinin Şimal Alyansının gündəliyinə salınması diqqət çəkən məqamdır. 2014-cü ildə baş tutan Uels sammitində də məsələ müzakirə olunmuş və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyannamə qəbul edilmişdi.

 “NATO Ermənistanın, Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyü və suverenliyinin müdafiəsi ilə bağlı öhdəliklərinə sadiqdir. Mövcud şəraitdə alyans Cənubi Qafqazda və Moldovada münaqişələrin beynəlxalq qanunvericilik əsasında və dinc yolla həllinə yönəlik səyləri dəstəkləməkdə davam edəcək”, – deyə bəyannamədə deyilirdi.

 Sözügedən bəyannaməyə Ermənistan prezidenti Serj Sarkisyan də imza atdı və dolayısı ilə işğalçı dövlət olduqlarını təsdiqlədi.

 Xatırladaq ki, 2014-cü ilin 3 sentyabr tarixində Türkiyə prezidenti (o vaxt baş nazir idi) Rəcəb Tayyip Ərdoğan Bakıya səfər etdi. Ərdoğan Bakıda olarkən, Qarabağ məsələsini NATO-nun Uels sammitində gündəmə gətirəcəyinə dair söz verdi. Onun Bakı səfərindən bir gün sonra – sentyabrın 4-də Uelsdə Şimal Alyansının sammiti öz işinə başladı. Rəsmi Bakının Türkiyənin də dəstəyi ilə apardığı siyasət öz bəhrəsini verdi. Və NATO Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi faktını təsdiqləyən bəyannamə qəbul edildi. Ermənistan tərəfi də bu sənədin altına imza atmaq məcburiyyətində qaldı.

 Uels sammitində baş verənlər NATO-nun Varşava sammitində də ərazi bütövlüyü məsələsini gündəmə gətirəcəyi ehtimalını artırır. Xüsusilə Şimal Alyansının Azərbaycanla yanaşı, Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü məsələsini müzakirəyə çıxaracağı gözlənilir. İki il öncə olduğu kimi bu dəfə də ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı bəyannamə, yaxud digər sənəd qəbul edilə bilər. Belə olan təqdirdə, Serj Sarkisyan da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən həmin sənədin altına imza atmalı olacaq.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031