Sarkisyan da NATO sammitinə qatılacaq
Ermənistan prezidenti Serj Sarkisyan Polşaya səfərə gedəcək. Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb.
Məlumata görə, Sarkisyanın səfəri iyulun 8-ə planlaşdırılıb. O, NATO-nun Varşava şəhərində keçirilən sammitində iştirak edəcək.
Qeyd edək ki, NATO-nun Varşavada keçiriləcək sammitində 18 prezident iştirak edəcək. Sammitdə prezidentlərlə bərabər 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak edəcək. Təşkilatın iclası iyulun 8-9-da Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək.