Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Qarabağ”ın səs-sədası Kanadada

Vüsalə Əhmədova: “Qarabağ” Azərbaycan dili məktəbi sayəsində Ottava təhsil şurasına dilimizi tanıtdırmışıq”
Kanada kimi uzaq bir ölkədə Qarabağın adı ilə məktəbin fəaliyyət göstərməsi, həqiqətən, qürurvericidir. Bu məktəbin sayəsində Kanadanın bir çox mötəbər tədbirlərində Qarabağın adı tez-tez səslənir. Elə müsahibimiz də Kanadada fəaliyyət göstərən Qarabağ Azərbaycan dili məktəbinin həmtəsisçisi Vüsalə Əhmədovadır. Qeyd edək ki, 1979-cu ildə Bakıda doğulan V.Əhmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur. 2002-ci ildən Kanadanın Ottava şəhərində yaşayır. İki qız övladı var; Sevda və Sevil. V.Əhmədovanın dediyinə görə, qızları Kanadada doğulmalarına baxmayaraq, Azərbaycan dilində təmiz danışır, adət-ənənələrimizi yaxından tanıyırlar.
-Ottavada Qarabağ Azərbaycan dili məktəbi nə zamandan fəaliyyət göstərir?
-2011-ci ilin sentyabr ayından Ottavada yaşayan Nigar Əliyeva ilə birlikdə Qarabağ Azərbaycan dili məktəbini açmışıq. İlk olaraq 7 şagirdimiz var idi. 5 il müddətində bu say 14 nəfərə çatıb. Bu illər ərzində bir çox şagirdlərimiz məktəbimizin məzunu olub. Məktəbimiz vətəndən kənarda böyüyən Azərbaycan övladlarına dilimizi, adət-ənənələrimizi, tariximizi, musiqi və rəqsimizi öyrətməklə məşğuldur.
“Qarabağ” məktəbi Ottavadakı fransız katolik məktəbi şurasının nəzdində fəaliyyət göstərən beynəlxalq dilli məktəblərdən biridir. Kanada təhsilinə Azərbaycan dili kimi, yeniliyi məhz bizim məktəb gətirdi. Azərbaycan dili haqqında heç bir məlumatı olmayan Ottava təhsil şurasına dilimizi tanıtdırdıq. Məktəbimiz sayəsində Ontario vilayətinin təhsil şurasına Azərbaycan dilini beynəlxalq dillər siyahısına əlavə etmişik.
-Məktəbə Azərbaycandan nə kimi dəstək göstərilir?
– İlk gündən bəri məktəbimiz ombudsman Elmira xanım Süleymanovanın dəstəyini görüb. Elmira xanım Ottavaya gələndə bizim məktəblə yaxından tanış olub. Milli geyimlərimiz və kitablarla məktəbi o təmin edib. Bu 5 ildə daima Azərbaycanın Kanadadakı səfirliyinin də maddi və mənəvi dəstəyini görmüşük.
-Kanadada keçirilən tədbirlərdə məktəbin şagirdləri iştirak edirlərmi?
-Şagirdlərimiz Kanadanın mötəbər tədbirlərində çıxışlar ediblər. Azərbaycanımızı gözəl təmsil ediblər. Ottavanın parlamentində çıxışları çox böyük səs-səda gətirmişdi. Səfirliyimizin və məktəbimizin Novruz bayramı, eləcə də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı birlikdə təşkil etdiyi tədbirlərdə müxtəlif şeirlər deyilib, rəqslər ifa olub.
– Siz, Azərbaycan diasporunun birləşməsi, ölkəmizin tarixinin və mədəniyyətinin təbliği istiqamətində hansı işlər görürsünüz?
-Azərbaycan diasporu Ottava şəhərində Kanadanın başqa şəhərlərinə nisbətən çox azlıq təşkil edir. Valideynlər, o cümlədən Azərbaycan diasporunun üzvləri bir yerə yığışır, Azərbaycanın ənənəvi bayramları, tarixi və anım günləri qeyd olunur.
Dövlətimizi tanıtmaq üçün təşkil etdiyimiz bayram tədbirləri, sərgilərə Kanada vətəndaşlarını, o cümlədən başqa millətlərin nümayəndələrini dəvət edir, onlara ölkəmiz haqqında yazılan kitab və jurnallar təqdim edirik. Məktəbimizin şagirdləri bütün dəvətlərə gedir, müxtəlif tədbirlərdə rəqsimizi, mahnılarımızı ifa edirlər. Onlar bayrağımızı, dövlətimizi həm tanıtmaq, həm də təmsil etməklə fəxr edirlər. Azərbaycanı burada çox az tanıyırlar. Ona görə də biz-diaspor üzvlərinin üzərinə çox böyük vəzifə düşür. Getdiyimiz hər yerdə kim olduğumuzu, haradan gəldiyimizi, dövlətimizin harada yerləşdiyini dəfələrlə təkrar etməkdən heç zaman yorulmuruq. Ottava diasporunun üzvləri Monreal və Torontoda yaşayan azərbaycanlılarla çox sıx əməkdaşlıq edir, bütün tədbirlərdə iştirak edirik.
İyunun 19-da “Qarabağ” məktəbi olaraq Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ölümünün 6-cı ildönümü münasibətilə Ottavanın Minto parkında onun xatirə lövhəsinin önündə anım mərasimi keçirdik. Bu mərasimə Toronto və Monrealdan da qonaqlarımız qatıldılar.
– Hazırda Kanadada diaspor gənclərimiz aktiv fəaliyyət göstərirlərmi?
– Edmontonda, Kalqaridə və bu kimi başqa vilayət və şəhərlərdə azərbaycanlı gənclər çox fəaldırlar. Dediyim kimi, Ottavada sayımız çox azdır. Amma buna baxmayaraq, burada ana dilimizdə məktəb açmağa nail olmağın özü bizim ən böyük nailiyyətimiz sayıla bilər.
Fuad Hüseynzadə

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031