Ermənilərin hərbi maşını aşdı
Ölkə.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Sünik vilayətində içərisində hərbçilər olan QAZ-66 markalı avtomobil Karmrakar kəndində qəzaya uğrayıb.
Hadisə nəticəsində xəsarət almış 11 hərbçi Kapan tibb məntəqəsinə göndərilib.