Ermənilər Talış yaxınlığında yeni qəsəbə salmaq istəyirlər-TƏXRİBAT
Aprel döyüşlərində sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan rəhbərliyi növbəti təxribata əl atıb.
Ermənistan KİV-i xəbər verir ki, “Talış” fondunun rəhbəri Melita Xalatyan və Qarabağdakı yunan icmasının sədri Eduard Polatov işğal altındakı Talış kəndinin yaxınlığında yeni qəsəbənin salınacağını bildiriblər.
Onların sözlərinə görə, bur qrup müharibə veteranı artıq bu təklifə razılıq verib.
“Biz orada qəsəbə salaraq Azərbaycan ordusuna qarşı ikinci müdafiə səddi yaratmalıyıq. Talış kəndi çox balacadır və onun yanında qəsəbə salınarsa, insanlar üçün daha təhlükəsiz olar”.
Xatırladaq ki, 2-5 aprel döyüşlərindən sonra Talış kəndi tamamilə boşaldılıb. Tərtərin inzibati ərazisinə daxil olan işğal altındakı kəndin ətrafında bir neçə yüksəklik Azərbaycan Ordusunun nəzraətinə keçib.