Avro-2016: Fransa erkən finalın qalibi oldu
Erkən final sayılan qarşılaşmada oyunun 45-ci dəqiqəsində hakimin şübhəli penalti təyinatı ilə fransızlar hesabı açıblar. Qrizman Noyerin qoruduğu qapıdan topu keçirib – 1:0.
Onu da qeyd edək ki, hakim türk əsilli Məsut Özil və Əmrə Can da daxil olmaqla, almanların 4 oyunçusuna da sarı kart göstərib…
72-ci dəqiqədə Qrizman Almaniyanın qapısından ikinci topu da keçirib – 2:0.
Bu qoldan 1 dəqiqə sonra isə Almaniyanın fərqi azaltmaq imkanı olsa da, zərbə dirəkdən dönüb.
Beləliklə, oyun bu hesabla başa çatıb və Fransa finala çıxıb!
Qeyd edək ki, Fransa finalda Portuqaliya millisi ilə qarşılaşacaq.