“Qarabağa danışıqlarının davamı üçün NATO sammiti yaxşı imkandır”
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Varşavada keçirilən NATO sammiti çərçivəsində müzakirə olunacaq”. Bunu ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter hesabında yazıb.
Ceyms Uorlik daha sonra qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır.