Lavrovun Bakı səfərinin vaxtı məlum oldu
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin vaxtı məlum olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə məlumat verib.
Beləliklə, məlum olub ki, Sergey Lavrov iyulun 11-12-də Azərbaycana gələcək. Səfər zamanı Azərbaycan rəsmilərilə görüşlərdə Lavrovun əsas müakirə edəcəyi məsələlərdən biri də Qarabağ münaqişəsinin nizamlanması olacaq.