Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənistanda nazirin milyonları üzə çıxdı

Ermənistanın maliyyə naziri Qaqik Xaçatryan oğlanlarının hansı yolla ABŞ-da milyonlarla dollar dəyərində daşınmaz əmlak ala bildiyinə dair izahat verməkdən imtina edib.Jurnalistlər Qaqik Xaçatryana oğlanlarının sahibkarlıq fəaliyyətini dəstəkləyib-dəstəkləmədiyi, sözügedən daşınmaz əmlakın alınması zamanı onlara kömək edib-etmədiyi barədə sual veriblər. Nazir bu suala da cavab verməkdən boyun qaçırıb.

Qeyd edək ki, Qaqik Xaçatryan bu vəzifədən əvvəl ölkənin gömrük və vergi xidmətlərinin rəhbəri olub.

Bir həftə bundan əvvəl “Hetq” nəşri nazirin oğlanları Qurgen və Artyomun 2010-cu ildə Los Ancelesin Vestvud rayonunda 11 milyon dollara dəbdəbəli mülk aldığı, indi də həmin mülkü 35 milyon dollara satışa çıxardığı barədə məlumat dərc etmişdi.

“Mənim oğlanlarım Qurgen və Artyom Xaçatryanlar yetkinlik yaşına çatmış vətəndaşlardır və həm öz şəxsi həyatlarını, həm də sahibkarlıq fəaliyyətlərini özləri idarə edirlər. Təbii ki, oğlanlarımın sahibkarlıq fəaliyyətinin bəzi detalları mənə məlum deyil. Ancaq mən düşünürəm ki, hər bir insan başqalarının şəxsi həyatına hörmətlə yanaşmalı, ona aid olan məlumatları yaymamalıdır, hətta söhbət onun uşaqlarından getsə belə,” deyə Qaqik Xaçatryan Azadlıq Radiosunun Ermənistan xidmətinin sorğusuna cavab verib. O əlavə edib ki, “Hetq” nəşri ilə bağlı hər hansı şərh verməyəcək.

Nazir həmçini qeyd edib ki, “dərc edilmiş məlumat 2010-cu ildən bəri müxtəlif rəsmi saytlarda hamı üçün açıqdır və heç bir ifşadan söhbət getmir.”Bundan əvvəl nazir bildirmişdi ki, oğlanları həmin mülkü kreditlə alıblar. Ancaq o yenə də detalları açıqlamamışdı.

“Azadlıq Radiosu” Qaqik Xaçatryanın nazir həmkarlarının da məsələyə münasibətini soruşub.

“Mən o yazı ilə tanış olmağa imkan tapmamışam. Tanış olandan sonra fikrimi bildirərəm,” baş nazir Ovik Abramyan deyib.

“Qaqik Xaçatryan burdan iki addımlıqda işləyir, onun özünə müraciət edə bilərsiniz. Bu ona bənzəyir ki, mən sizə jurnalistlərin reketliyə görə həbsi barədə sual verim və xahiş edim ki, korrupsiyalaşmış jurnalistlərlə necə mübarizə aparılır, ” deyə nəqliyyat və rabitə naziri Qaqik Bəyləryan cavab verib.

Fövqəladə hallar naziri Armen Yeritsyan da cavab verə bilmədiyini və sualın maliyyə nazirinin özünə verilməli olduğunu deyib.

Təhsil və elm naziri Levon Mkrtçyan isə yazı barədə məlumatsız olduğunu deyib. “Bu sual təhsil sahəsinə aid deyil… İstənilən daşınmaz əmlak alma korrupsiya faktı sayılırmı?.. Nə vaxt aydınlaşar, onda da danışarıq. Mən səhv etmirəmsə onlar biznesmendirlər,” deyə o bildirib.

Azadlıq Radiosunun Ermənistan xidməti yüksək vəzifəli şəxlərin etikası komissiyasına və prezidentin və baş nazirin nəzarət xidmətlərinə də bu məsələ ilə bağlı sorğu göndərib. Etika komissiyasından heç bir cavab gəlməyib, nəzarət xidmətlərindən isə bildiriblər ki, sözügedən məsələnin nəzərdən keçirilməsi onların səlahiyyət sahəsinə daxil deyil.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031