Azərbaycanlı veteranlardan erməni veteranlara sərt CAVAB
Ermənistanın Qarabağ döyüşlərində iştirak etmiş veteranları Azərbaycana qarşı hədələyici bəyanat səsələndiriblər. Ermənistanın müxalif cəbhəsindəki hərəkatlaran birinin rəhbəri Qaregin Çukazyan, onun müavini Varujan Avetisyan, habelə “əlahiddə Şuşa batalyonu”nun veteranları Armen Lambaryan və Pavel Manukyan Azərbaycanı hücumla hədələyiblər. Onların birinci Qarabağ müharibəsi veteranlarından ibarət 1000 nəfərlik könüllü yığması barədə məlumatlar yayılıb.
Bəyanatda bildirilir ki, erməni veteranlar apreldə itirilmiş əraziləri geri qaytarmaq üçün döyüşə başlamağa hazırdılar.
Erməni veteranlar onu bildiriblər ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın qadağasına baxmayaraq, Qarabağ cəbhəsindən hücum edib aprel döyüşləri zamanı Azərbaycan Ordusunun işğaldan azad etdiyi 800 hektar ərazini yenidən geri qaytarmağa hazırlaşırlar.