Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

TÜRK-İSLAM DÜNYASINA ÇAĞIRIŞLAR VƏ CAVABLAR-2.YAZI

Çox yazıqlar olsun ki, təxminən iki əsrə yaxındır türk müsəlman aydınları İslam dünyasının problemlərini hansı yolla həllində ortaq mövqeyə gələ bilmirlər. Hələ də, bu məsələnin həlliylə bağlı  üç tezis qalmaqdadır: 1) Qərbləşmək-modernləşmək; 2) İslamlaşmaq-mühafizəkarlıq; 3) Qərbləşmək+İslamlaşmaq ya da modernləşmək+ mühafizəkarlıq (ortaq yol).

O zamanda, indinin özündə də ilk baxışda sonunucu həll yolu daha məntiqli görünür. Sadəcə, üçüncü-ortaq həll yolyla bağlı daima diqqətdə saxlanan məsələ də var ki, nəyi mühafizə etmək ya da etməmək, yaxud da nə də modernləşmək ya da modernləşməmək. Bizcə, birmənalı şəkildə mühafizəkarlıqdan ya da modernləşməkdən yapışmaq nə qədər ugursuz görünsə də, amma ortaq yolu tutarkən da nəyi mühafizə edəcəyini ya da etməyəcəyini, hansı halda modernləşəcəyini (postmodernləşəcəyini) ya da modernləşmə­yəcəyini ortaya qoymaq da çox da uğurlu olmamışdır.

Əlbəttə, bir toplumda onun düşünən beyinləri arasında ziddiyyətli fikirlər irəli sürənlər olmazsa, zatən o cəmiyyət çökər. Bu anlamda cəmiyyət daxilində bir problemlə bağlı müxtəlif düşüncələr irəli sürən aydınların olması normaldır. Biri daha çox dinə, digəri milliliyə, üçüncüsü modernləşməyə, dördüncüsü başqa bir ideyaya meyil edə bilər. Əsas məsələ odur ki, bütün bunların sonucunda cəmiyyət doğru seçim edərək mövcud problemlərini həll etmək gücündə olsun. Yəni hər zamanın özünün fərqli çağırışları, həmin çağırışlara görə də cavabları ola bilər. Sadəcə, burada hər hansı millətin aydınlarının üzərinə düşən əsas vəzifə ulusu ayaq üstə tutub saxlamağı bacarmaqdır. Yəni millətin aydınları üçün nə keçmişin xatirələri (mühafizəkarlıq) və gələcəyin xəyalları (utopiya) ilə yaşamaq, nə də zamanın tələblərinə uyğunlaşmaq (modernləşmək, praqmatizm) uğurlu seçim ola bilməz. Eyni zamanda bir az öz keçmişindən, bir az da başqasının keçmişindən, ya da onlarla başqalarına məxsus olan  yeniliklərin sintezindən çıxış etmək xilas yolu deyildir. Bu kimi hallar daha çox çarəsizliyin, ideyasızlığın bir sözlə yoxsunluğun nəticəsidir.

O zaman haqlı olaraq sual oluna bilər ki, əgər ya mühafizəkarlıq, ya da modernləşmək, hətta onların sintezi (eklektizm) çıxış yolu deyilsə, bəs xilas yolu ya da həll yolu nədədir?

Bizə elə gəlir ki, azacıq tarixə dönüb baxsaq çıxış yolunun nədə olduğunu çox asanlıqla görə biləcəyik. Əslində o millətlər daima ayaq üstə qalmışlar ki, onlar nə olursa olsun milli özünəməxsusluğu, milli kimliyi, milli xarakteri qoruyub saxlamışılar. Milli varlığın yaşadılması üçün ayrı-ayrı dinlərlə, siyasi ideyalarla, bu anlamda mühafizəkarlıqla, modernləşməklə “dil tapmaq” gerçək bir fəlsəfədir. Necə ki, Avropa xalqlarının aydınları 15-16-cı əsrlərdən başlayaraq belə bir işə başladılar. Onlar Xristianlıq sxolastikasını yenmək üçün ilk növbədə əski milli-dini kimliklərini, bu anlamda Xristianlıq öncəsi fəlsəfələrini, mədəniyyətlərini, tarixlərini yenidən dəyərləndirməyə başladılar. Bununla da Avropanın xristian xalqları yalnız Xristianlıq sxolastikasını aradan qaldırmadılar, eyni zamanda hər bir Avropa xalqı müəyyən anlamda Xristianlığı milliləşdirdilər. Beləliklə, əski milli-dini kimliyi yenidən canlandırıb Xristian sxolastikasını yenərək onda islahatlar aparan Avropa ikisinin sintezindən yeni bir mədəniyyət, sivilizasiya yeni bir mədəniyyət, sivilizasiya ortaya qoydu. Çünki Avropa aydınları bunu edərkən əski milli-dini mühafizəkarlıqla mövcud xristianlıq arasında əsasən “dil tapmağı” bacardı. Bununla da Avropada modernləşməyin, yeniləşməyin yolu açıldı.

Doğrudur, Avropa əski milli-dini mühafizəkarlıqla Xristianlıq arasında ortaq məxrəcə gəlib modernləşməyin, yeniləşməyin (Avropa modernçiliyi-Qərb mədəniyyəti) yolunu açarkən bilərəkdən ya da bilməyərəkdən ölçü məsələsinə ciddi önəm vermədi. Belə ki, zaman irəlilədikcə Avropada bütün anlamlarda (texnoloji, mənəvi, əxlaqi, cinsəl vəs.) modernləşmək qırmızı xətti vurub keçdi. Çünki əski milli-dini mühafizəkarlıqla Xristian sxolastikasının sintezindən (“dil tapmasından”) ortaya çıxan Avropa modernçiliyində heç də yalnız hər ikisindən “yaxşı” olanları mənimsəmək deyil, burada daha çox Avropanın inkişafına səbəb olmaq önəmli idi. Belə olduğu təqdirdə, Avropa modernləməyində yalnız “yaxşı” olanlarla  deyil, “pis” olanlarla da “dil tapmaq” vacib idi. Başqa sözlə, burada vacib olan xristianlıq öncəsi milli-dini mühafizəkarlıqla mövcud Xristianlıq arasında mütləq “xeyir” ya da “şər” kateqoriyasından çıxış etmək deyil, Avropanın inkişafı və güclənməsi naminə ən uyğun olanları ortaya qoymaq idi. Avropada Xristian sxolastikasının mahiyyətini dəyişərək onu millililəşdirmə bir tərəfdən milli özə dönüş olaraq qiymətləndirilsə də, digər tərəfdən insanlıq fəlsəfəsi vurğusu adı altında ona bəşəri don da geyindirilirdi.

Bu baxımdan Avropa modernləşməyin iki yönü özünü açıq şəkildə ortaya qoymuşdu: 1) milliyyətçilik Xristian milliyyətçiliyi); 2) bəşərilik (Xristian dünyəviliyi). Deməli, Avropa əski milli-dini mühafizəkarlıqla Xristianlığın sintezini milliyyətçilik və dünəyəvilik kimi ortaya qoymaqla ikili gediş ediblər. Bizcə, məzmun baxımından Xristian milliyyətçiliyi daha çox Avropanın əski milli dəyərləri-milli həyat yaşamı, Xristian dünyəvliyi isə Avropanın əski milli dinləri-milli fəlsəfəsi üzərində qurulsa da, hər ikisində forma baxımından Xristianlıq da qorunub saxlanmışdır. Daha doğrusu, ikili xarakterli Qərb mədəniyyətinin ortaya çıxmasında Avropanın əski milli-dini dəyərləriylə Xristianlıq arasında uzlaşma baş vermişdir.

Bu günə qədər davam edən Avropa modernləşməyinin bu ikiliyi bütövlükdə dünya çapında uğurlu görünsə də, bununla yanaşı hər iki məsələyə baxışda ən ciddi problem ölçüsüzlük, yəni “qırımızı xətti” gözləməmək olmuşdur. Bununla da 15-16-cı əsrlərdən ortaya çıxan Avropa-Xristian milliyyətçiliyi sonralar Avropa xalqlarında radikal milliyyətçiliyi və radikal dini cərəyanları (pravoslavyanizm, faşizm, nasizm vəs.), Avropa-Xristian dünyəvliyi isə radikal madiyyatçılığı, dünyaçılığı  (marksizm, praqmatizm, həyat fəlsəfəsi, freydizm vəb.) ortaya qoymuşdur.

Maraqlıdır, Türk-İslam dünyası da ən azı iki əsrə yaxındır ki, Xristian milliyyətçiliyə və Xristian dünyəvliyinə əsaslanan Avropa modernləşməyini-Qərb mədəniyyətini onun problemlərinə əsas çözüm yollarından biri, bəlkə də birincisi kimi görməkdədir. Əlbəttə, “suda batan saman çöpündən yapışar” çarəsizliyini nəzərə alsaq, bunu haradasa anlamaq çətin deyildir. Ancaq burada əsas məsələ Avropanın əski milli-dini mühafizəkarlığıyla Xristianlıq dininin sintezindən yaranan Qərb mədəniyyətinin istər məzmunca, istərsə də forma baxımından İslam dünyasının problemlərinin həllinə yardımçı olmaqda nə dərəcədə səsləşməsidir. Əgər biz desək ki, İslam dünyasına Qərb mədəniyyətinin məzmunu, mahiyyəti deyil, ancaq forması, yəni texnologiyası, sənayeçiliyi lazımdır, bu heç də uğurlu seçim deyildir. Çünki Qərb mədəniyyətinin məzmunu ona yeni forma vermişdir. Görünür, bunu yaxşı dərk etdiyi üçün Əhməd bəy Ağaoğlu təxminən 100 il bundan öncə yazırdı ki, İslam dünyası Qərb mədəniyyətinin forma dediyimiz yalnız texnologiyasını, sənayeçiliyini deyil, məzmun və mahiyyətini də qəbul etməlidir. Ağaoğlu iddia edirdi ki, müsəlman türk mənəviyyatı o qədər güclüdür ki, Qərb mədəniyyətini bütövlükdə qəbul etməyimiz belə onu sarsıda bilməyəcəkdir.

Ancaq bu məsələyə Ağaoğlu və onun kimi yaxınlaşanların uğurlu bir seçim etdiyini də deyə bilmərik. Çünki Qərb mədəniyyəti əski milli-dini mühafizəkarlığı dirçəldib Xristian sxolastikasını yenmək yoluyla formalaşdığı halda, İslam-Türk dünyasında bu proses içdən deyil, kənar təsirlər nəticəsində baş verdiyi  üçün yarımçıq olmuşdur. Hər halda Ağaoğlunun ümid etdiyinin əksinə olaraq, Qərb mədəniyyətini yarımçıq deyil bütöv şəkildə mənimsəyən müsəlman xalqları da, İslam dünyası probleminin həlli yolunda ciddi uğurlar əldə edə bilməmişdir. Üstəlik, İslam dünyasına aid xalqlardan bir çoxu Qərb mədəniyyətinin “yaxşı” cəhətlərini götürüb “pis”dən (radikal milliyyətçilik, radikal dünyaçılıq) uzaq durmağı hədəfləsə də, bu gün görünən odur ki, umduqları “yaxşı”dan daha çox “pis”ə üz tutublar. Bu anlamda Qərb mədəniyyətinin doğurduğu “yaxşı” və “pis” cəhətlərin onlara verdiyi uğurlar ya da uğursuzluqlarını, eynilə İslam dünyasıyla müqayisə etmək də mənasızdır. Ona görə ki, burada ən azı dini, milli, əxlaqi, fəlsəfi, siyasi, çoğrafi fərqliliklər vardır. Bu cür fərqliliklər “yaxşı” və “pis”i də nisbiləşdirir, o zaman da milliyyətçilik, madiyyatçılıq, namusluq, xoşbəxtlik, əxlaqlıq, ailəçlilik, dünyəvilik və bu kimi anlayışlar Avropa-Xristian dünyasıyla Şərq-Asiya-İslam dünyasında ayrı-ayrı mənaları ifadə etmiş olur.

Ona görə də, bu gün bizim ifadə etdiyimiz dünyəviliyin, millət kimliyinin (milliyyətçiliyin) əsasən, Qərb düşüncəsindəki dünyəviliklə, milliyyətçiliklə heç bir əlaqəsi yoxdur. Bizim dediyimiz dünyəvi kimlikli, milli kimlikli toplum nə yalnız bir qan birliyinə əsaslanan avropasayağı şovinist, nə də çoxlu qan birliyinə əsaslanan kosmopolit toplum deyil. Türk-İslam dünyasının xalqları genetik və təbii amilləri də nəzərə almaqla ortaq düşüncəni, mədəniyyəti, ədəbiyyatı, vətəni paylaşan uluslardır. Çünki bir millətin həyatında qan və dil birliyi önəmli olduğu qədər, düşüncə birliyi, əxlaq birliyi, inanc birliyidə nəzərə almaqla  də önəmlidir.  Bunlardan biri milli birliyi, digəri isə dünyəvi birliyi hədəfləyir. Necə ki, son əsrlərdə Qərb mədəniyyətində bu xristian milliyyətçiliyi və xristian dünyəviliyi kimi ortaya atılmışdır. Bütün bunlar Avropada daha çox birbirinə zidd deyil, birbirini tamamlayan ideyalar kimi qəbul edilir. Çünki Xristian milliyyətçiliyi və Xristian dünyəviliyi Qərbin mahiyyətinə uyğundur, ancaq Şərq-İslam dünyasının deyil. İslam dünyası isə dünən olduğu kimi, bu gün də İslam milliyyətçiliyi və İslam dünyəviliyi arasında uzlaşmaya vara bilmir. Görünür, Şərq-İslam dünyasının mahiyyətində bununla bağlı keçmişə oxşar, amma yeni şaraitə uyğun uğurlu yol tapılmamışdır. Ona görə də, İslam dünyası problemlərinin həlli yolunda İslam milliyətçiliyilə (Milliyyətlə İslamlığı uzlaşdırma) İslam dünyəviliyinin (İslamlıqla dünyəviliyi uzlaşdırma) uzlşadırılması məsələsi açıq qalmaqdadır. Bu anlamda bizi hazırda da düşündürən əsas məsələ odur ki, Avropa xalqlarının əski milli-dini dəyələriylə Xristianlıq arasında izlədiyi yoldan fərqli olaraq niyə İslam-Şərq xalqları əski milli-dini dəyərləriylə İslamlıq, dünyəvliklə İslam sxolastikası arasında çıxış yolu tapa bilmədi ya da bəlkə elə “dil tapmamaq” kimi “şər”in özündə də bizim bilmədiyimiz hansısa bir “xeyir” vardır…

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031