Rusiyanın xüsusi təyinatlı hərbçiləri Ermənistanda kəşfiyyat təlimləriıları keçirir. ANS PRESS-in Ermənistan mətbuatına istinadla verdiyi məlumata görə, təlimlər Rusiyanın cənub hərbi dairəsi tərəfindən təşkil edilib.
Təlimlər barədə məlumatı hərbi dairənin mətbuat xidməti yayıb. “Təlimlərin gedişində hərbçilər peşəkar təlimçilərin nəzarəti altında məşq edirlər. Onlar yüksək dağlıq ərazilərdə helikopterlərdə davranış qaydalarını öyrənirlər”, – deyə məlumatda bildirilir.
Təlimlər “Kamxud” və “Alagöz” poliqonlarında həyata keçirilir.
Kəşfiyyat təlimləri Ermənistan ərazisində ilk dəfədir ki, keçirilir. Təlimlərdə “Mi-24P” və “Mi-8MT” tipli helikopterlərdən istifadə olunub.
Hazırkı hərbi hazırlıq iyulun ortalarında keçiriləcək genişmiqyaslı taktiki təlimlərin bir hissəsidir.