Roma Papasından ETİRAF: “Vatikanda gey-lobbi var”
Keçmiş Roma papası XVI Benedikt böyük rezonansa səbəb olacaq müsahibə verib.
Modern.az xəbər verir ki, İtaliyanın “Corriere della Sera” qəzeti həmin müsahibənin ayrı-ayrı hissələrini öz səhifəsində dərc edib.
Müsahibə zamanı keçmiş papa Vatikanda “gey-lobbi”nin olduğun etiraf edib.
Onun sözlərinə görə, 4-5 nəfərin daxil olduğu həmin lobbi keçmiş papa tərəfindən kilsənin işlərindən təcrid olunmuşdu.
Bundan başqa, papa müsahibə zamanı gəncliyində faşist Almaniyasında xidmətini, dinə gəlişini və sonuncu papa I Fransisklə bağlı düşüncələrini danışıb.