İran Ermənistana qaz ixracını 3 dəfə artırır
İran Milli Qaz İxrac Şirkətinin – NIGEC-in sədri Əlirza Kəmali bəyan edib ki, ölkəsi Ermənistanın qaza tələbatını ödəmək üçün ixracı 3 dəfəyədək artırmağa hazırdır.
Hafta.az tert.am-a istinadən yazdığına görə, iki ölkə arasında bu barədə artıq anlaşma da mövcuddur.
NIGEC sədri İranın hazırda Ermənistana gündə 1 milyon kubmetr qaz ixrac etdiyini diqqətə çatdırıb. Anlaşmanın müddəaları reallaşarkən isə bu rəqəm gündə 3 milyon kubmetrə yüksələcək. “Hazırda tərəflər təbii qazın ixracı məqsədilə texniki hazırlıqlara başlayıblar və yaxın vaxtlarda proses başa çatacaq”, – deyib Ə.Kəmali.