İrəvanda qapalı Qarabağ görüşü: Rusiya planında YENİ DETALLAR
Ötən gün İrəvanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-rəsmi ikitərəfli görüşlər keçirib.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti məlumat yayıb.
Diplomatik mənbələrin qəzetə verdiyi məlumata görə, Rusiya Azərbaycan və Ermənistan arasında münaqişənin nizama salınmasında fəal vasitəçilik etsə də, tələskənlik yoxdur.
“Rusiya münaqişə tərəflərinin prosesdən ağrısız çıxmasını istəyir. Rusiyanın planına görə, Ermənistanla sərhədlər yalnız Azərbaycanla deyil, həm də Türkiyə ilə də açılmalıdır. Həmçinin, Dağlıq Qarabağda kommunikasiya xətləri yaradılmalıdır”, – deyə diplomatik mənbə qeyd edib.
Nəşrə danışan mənbə bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın məktubundan sonra normallaşan Türkiyə və Rusiya münasibətləri Dağlıq Qarabağ münaqişəsinin həllində əlverişli təsir edə bilər.