Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Dilqəmdən dəhşətli məktub: “Ürəyim ağrıyır, vəziyyətim pisdir”

Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərov ailəsinə məktub göndərib.

Bu barədə AzVision.az-a Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. Oğlunun sözlərinə görə, D.Əsgərovun səhhətində ciddi problemlər var:

“Atamın ayaqları tutulub, başında, belində, ürəyində ağrılar var, hərəkət edə bilmir. Ona ağrıkəsici dərman verilmir. Mən ötən dəfə məktubda yazmışdım ki, həkimə getsin, idman eləsin. Atam məktubunda mənə cavab verib ki, ağrı içində olduğundan idman edə bilmir.

Atamın vəziyyəti ağırdır, ürəyi ağrıyır. Onun, ayaqları da, qolları da tutulub. Qızıl Xaç Komitəsi necə nəzarət edir? Həkimlər niyə gedib atamı müayinə etmirlər? Bu qədər haqsızlıq olmaz. Dünyada insan hüquqları deyilən bir şey var. Məktubda atamın yazdığı sözlər əvvəlcə pozulurdu. İndi isə sözləri tam silirlər.

Məktubu oxumaq mümkün deyil. Biz Avropa Məhkəməsinə müraciət göndərmişdik. Guya Avropa Məhkməsi işə baxır. Bu barədə atama da məlumat vermişdik. O, bizə cavab olaraq yazıb ki, imtahandan 3 dənə “iki” almısınız. Bu bizə bir işarədir. Atam heç vaxt məktubun sonunda adını yazmırdı. Bu dəfə məktubun sonunda “Kəlbəcər rayon, Dilqəm Əsgərov” sözlərini yazıb. Hiss edirəm ki, atam məktubu yazan zaman çox əsəbləşib. Məktubun aşağısında belə sözləri yazmasının mənası isə o deməkdir ki, mən görün Kəlbəcər üçün nələr etdim, siz isə mənim üçün heç nə etmədiniz! Təkcə bu ay ərzində biz beş hökumət orqanına məktub göndərmişik. Bildirdim ki, atamın səhhəti yaxşı deyil”

K.Əsgərov atasının azadlığa buraxılması üçün Türkiyə, İran, ABŞ və Rusiyanın Azərbaycandakı səfirliklərinə müraciət göndərdiyini deyib.

“Təkcə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından müraciətimə cavab gəlib. Qeyd edilib ki, narahat olmayın, hazırda işlər davam edir. Biz bilmirik ki, bu iki il ərzində hansı işlər görülüb? İran səfirliyindən isə cavab gəldi ki, məktubumuza baxılıb. Digər səfirliklərin heç birindən icavab gəlmədi”.

AzVision.az Dilqəm Əsgərovun göndərdiyi sonuncu məktubu olduğu kimi oxuculara təqdim edir:

“Yazdığım məktubu iyunun axırında göndərdim. Ermənilər də sizin məktubunuzu gətirib veriblər. Hər dəfə yazırsınız ki, idman edim. Ürəyimdə, qol-qıçımda, belimdə olan ağrılar imkan vermir. Radionun dərdini Qızıl Xaç çoxdan yaxşı bilir. Kamerada tək qalıram. Radionu aparıblar. Yazırsınız ki, dünya qarışıb. Bunların hamsını yaxşı bilirəm. İnsan Hüquqları Komissiyasına görüş üçün ərizə yazın. Mənim haqqımda internetə verilən çox yazılar yalandır. Radionu geri alıblar. Görüş üçün hamınız ərizə yazın. İmtahandan aldığınız qiymətləri yaxşı bilirəm. 3 dənə iki! Babandan muğayət ol. Məktubu yaxşı oxu. Hər şeyə diqqətlə bax. Kəlbəcər Rayon Dilqəm Əsgərov!”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031