Azay Quliyev ATƏT PA-ya vitse-prezident seçildi
Xəbər verdiyimiz kimi, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Azay Quliyevin qurumun vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülmüşdü.
yknews.az-ın xəbərinə görə, bu gün keçirilən səsvermə nəticəsində Azay Quliyev 119 səslə ATƏT Parlament Assembleyasının vitse-prezidenti seçilib.
Qeyd edək ki, A.Quliyev bu vəzifəyə MDB və islam ölkələrindən yeganə namizəd idi.
Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeganə beynəlxalq mandata sahib olan ATƏT-də bu vəzifəyə seçilən ilk azərbaycanlıdır.